Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda koronavirusun iyul mənzərələri (Hamıya maraqlı olacaq cədvəl)Yaxud, son 18 gündə cəmi 3 nəfərin öldüyü Masallının adı niyə “qara” siyahıdan çıxmır?


Ən çox yoluxma iyulun 8-də olub-16 nəfər, ən az yoluxma

 (ayın 10 günü), konkret desək, iyulun


1, 3, 7, 12,  18, 25, 26, 27, 29, 31-də heç bir yoluxma olmayıb,  15, 20, 21 və 31-də isə cəmi bir yoluxma olub.

Koronavirusun olmadığını deyib, ona şübhə ilə yanaşanları ciddi adam saymaq çətindir. Dünyada nə bəla baş verirdisə gah ABŞ-ın, gah İranın, gah Çinin üstünə yıxırdılar. Koronavirusun vurduğu ən böyük zərbələr isə elə bu ölkələrə dəydi. Hələ Avropanı demirik. Amma işin içində “əmmalar” da az deyil. Dünya və ölkə miqyaslı “əmmaları” bir tərəfə qoyub,  yaşadığım Masallı rayonundakı “əmmalardan” danışmaq istəyirəm.

Məsələn, uzun müddət yoluxanların və ölənlərin sayı gizlədildi, yaxud detalları ilə verilmədi. Sonra isə rəqəmləri fırlada-fırlada verdilər. İnsanlar ağızdan-ağıza eşitdilər ki, filan kənddə filan qədər yoluxma, yaxud ölən var.

Yəqin deyəcəksiniz ki, icra hakimiyyətinin saytı hər gün bu barədə   geniş məlumat verir. Tam doğru. Özü də belə məlumatlara digər  rayonların icra hakimiyyətlərinin saytında rast gəlməzsiniz. (Eləcə də rayon rəhbərliyinin bu sahədə çəkdiyi əziyyətləri də diqqətə almamaq insafsızlıq olardı). Lakin bu xəbərlərin ilk abzasları şablon, inandırıcı olmayan məlumatlardır. Yəni, filan yerlərdə dezinfeksiya işləri aparıldı,  mobil qruplar filan yerlərdə oldu və sair. Bu rəqəmlərin real olduğuna bir az şübhəm var. 

Amma bu məlumatın son abzası maraq doğurur. Yəni ki, neçə nəfər yoluxub, neçə nəfər ölüb? Yazırlar ki, bu günə qədər filan nəfər yoluxub, filan nəfər ölüb. Yazmırlar ki, məhz bu gün neçə nəfər ölüb, ya ölməyib? Yaxud da yoluxanlar hansı kəndlərdəndir.

Neçə nəfər yoluxub, ya yoluxmayıb? Gərək “çotka” götürüb filan rəqəmdən filan rəqəmi çıxasan ki, real mənzərəni biləsən. Özümüzə əziyyət verib icra hakimiyyəti saytının bir ayda koronavirusla bağlı verdiyi məlumatları çözələməyə başladıq.

Zəhmət olmasa, hər detalı özündə əks etdirən cədvələ diqqət yetirək.

Ayın sonuna Masallıda koronavirusa yoluxanların sayı 255, ölənlərin sayı 14 nəfər olub.  Bunlardan 83 nəfəri məhz İyul ayında qeydə alınıb ki, bunun da iyulun 14-ə qədər 51, iyulun 14-ə də  daxil ayına sonuna qədər qalan 18 gündə  32 nəfər. 

Ən çox yoluxma iyulun 8-də olub-16 nəfər,   ən az yoluxma (ayın 10 günü), konkret desək, iyulun 1, 3, 7, 12,  18, 25, 26, 27, 29, 31-də heç bir yoluxma olmayıb, 15, 20, 21 və 31-də isə cəmi bir yoluxma olub.

Ən maraqlı cəhət isə başqadır. Biz niyə rəqəmləri 14-nə qədər və sonraya böldük. İyulun 14-də rayonumuza çox ürəkağrıdıcı bir xəbər gəldi-mayorumuz Anar Novruzov qəhrəmancasına həlak oldu. Onun dəfninə 25 minə yaxın insan gəlmişdi. Qəhrəmanımızın ölümü bizi necə ağrıdırdısa, həm də narahat idik ki, bu qədər sıxlıqla dəfnə gələnlər yoluxmaya kütləvi rəvac verə bilər. Amma əksinə oldu.

1. Bu günə qədər Masallıda 14 nəfər koronovirusdan ölübsə, onun 8 nəfəri iyula düşür. Həmin 8 nəfərin isə 5 nəfəri 14-dəki kütləvi dəfn mərasiminə qədər, cəmi 3 nəfəri həmin dəfn mərasimindən sonraya təsadüf edir.

2. Eləcə də yoluxanlar. İyul ayında cəmi 83 nəfər yoluxub. Onun 51 nəfəri 14-nə qədər, 32 nəfəri isə son 18 günə, yəni 14-dən sonraya düşür. Göründüyü kimi,  ölümdə və yoluxmada 2 dəfəyə yaxın azalma var. (Bir lətifədə deyilmişkən A qde Brejnev?, yaxud ət-ipişik məsələsi).


Daha bir neçə məqama toxunmaq istəyirəm. Hansı ki, dəfələrlə yazmışıq, lakin icra olunmur


1. 6-cı aydır ki, rayonda koronavirusla bağlı yaradılmış Operativ Qərargahın üzvlərinin adına öyrənə bilmirik. Başçı ilə zoom görüşündə deyirik, yazırıq, efirdən deyirik, demirlər. Nə olub, dövlət sirridir?

2. Hər gün rayonda neçə nəfərdən yaxma götürülüb, dönə-dönə yazırlar. Axı, yaxma xəstəxanadan aldığımız məlumata görə, ancaq şübhəli şəxs kimi təcili yardımla xəstəxanaya gətirilən xəstələrdən götürülür. Heç bir adi adam, hətta pulu ilə gedib yaxma verə bilməz. Bunu görülən iş kimi qələmə verməklə hansı uğuru qazanmaq istəyirsiniz?

3. Ən gülməlisi. Bu mövzuda xəbərlər əsasən “Masallıda pandemiya ilə bağlı görülən işlər” başlığı ilə verilir. Sonda da yazırlar ki, rayonda filan nəfər ölüb, filan nəfər yoluxub. İndi sual olunur? Bu ölənlər və yoluxanlar sizin gördüyünüz işlərə daxildir? (Yəni, bu adamları siz yoluxdurub, siz öldürürsünüz?).


Doğrudanmı, hansı zamanda, hansı informasiya 

məkanında yaşadıqlarını unudublar?


Nə isə. Arzu edək, qiyamət əlaməti  sayılan pandemiya bəlası bitsin, maskalar apteklərdə satılmamış qalsın, yenə də toy olsun, bayram olsun.

Son əvəzi. Bu qədər azalma ola-ola Masallı niyə koronivurusun “qara” siyahısından çıxmır? Buyurun, siz də ölkə üzrə, rayonbarayon belə cədvəl təqdim edin, görək, harada vəziyyət necədir?

Zahir Əmənov (Cenub.az)


Cədvəli sizə təqdim edirik

Tarix
(iyul)

Yoluxanlar

Cəm

Sağalanlar

Cəm

Mualicəni xəstəxanada alanlar

Mualicəni evdə alanlar

Cəm

Ölənlər

Cəm

Yaxma götürlənlər

Cəm

1


-

172

-

119

-

-

47


6

41

7291

2


2

174

1

120

-

-

48


6

37

7328

3


0

174

0

120

-

-

48


6

0

7328

4


6

180

9

129

-

-

45


6

80

7408

5


2

182

3

132

21

23

44


6

0

7408

6


2

184

1

133

23

22

45


6

90

7498

7


Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

8


16

200

9

142

17

33

50

2

8

42

7554

9


10

210

2

144

19

38

57

1

9

44

7598

10


3

213

0

144

22

38

60


9

79

7677

11


6

219

1

145

25

40

65


9


7677

12


0

219

3

148

22

40

62


9


7677

13


4

223

0

148

24

40

64

2

11

64

7741

14


5

228

2

150

26

41

67


11

79

7820

15


1

229

5

155

22

41

63


11

25

7845

16


5

234

0

155

22

45

67

1

12


7845

17


4


238

1

156

23

46

69

1

13

24

7869

18


Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

Məlumat yoxdur

19


2

240

0

156

24

47

71


13

47

7916

20


1

241

9

165

16

47

63


13

29

7945

21


1

242

0

165

17

47

64


13

69

8014

22


4

246

1

166

16

50

66

1


14

17

8031

23


2

248

34

200

18

16

34


14

45

8076

24


3

251

1

201

21

15

36


14

17

8093

25


0

251

2

203

19

15

34


14

62

8155

26


0

251

0

203

19

15

34


14

65

8220

27


0

251

10

213

16

8

24


14

34

8254

28


3

254

0

213

19

8

27


14

21

8275

29


0

254

8

221

11

8

19


14

0

8275

30


1

255

0

221

12

8

20


14

53

8328

31


0

255

0

221

12

8

20


14

0

8328






































Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10