Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sənədlə Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.