Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və... güllələyib


İxtisası mühəndis olsa da, özünü həm də yazıçı kimi təqdim etsə də, Qurgen Yanikyana nə mühəndis, nə də yazıçı demək olar. Çünki o, özünü daha çox terrorçu, cəllad, qatil, hiyləgər bir şəxs kimi tanıtdırıb. Bəli, bu titulları o, özü qazanıb, ömrünün son illərində, ahıl yaşlarında ABŞ həbsxanalarında çürüyən Yanikyan törətdiyi əməllərə görə layiqli cəzasını alıb.
Qurgen Yanikyan 1895-ci ildə Ərzurum şəhərində anadan olub. Moskvada mühəndis ixtisası üzrə ali təhsil alıb. Tələbəlik illərində davakarlığına və milli məsələlərlə bağlı yaratdığı münaqişələrə görə iki dəfə universitetdən xaric olunub. Amma Moskvada yaşayan erməni havadarlarının hesabına yenidən unuversitetə bərpa olunub.
1930-cu ildə Yanikyan həyat yoldaşı ilə birgə İrana mühacirət edib, bir müddət bu ölkədə yol mühəndisi işləyib. İranda olarkən Türkiyənin və türklərin əleyhinə yazılarla çıxış edib, türk əleyhinə bir təşkilat yaratmaq istəyəndə yerli orqanlar tərəfindən təpkilərə məruz qalıb, onun bu ölkədə qarşıdurma, siyasi gərginlik yaratmaq arzusu yerindəcə boğulub. İran qanunlarına tabe olmaq istəməyən Qurgen Yanikyan bu ölkəni tərk etmək məcburiyyətində qalıb.
unnamed.jpg (99 KB)
1946-cı ildə Yanikyan ailəsi ilə birlikdə Fransaya gedib. Ölkədən çıxdıqda onun İran banklarındakı hesabları dondurulub və o, pullarını İrandan çıxara bilməyib.
Fransada özünə iş tapa bilməyən Yanikyan bir müddət maddi problemlər içində yaşayıb. Bu dəfə onun köməyinə Amerika Birləşmiş Ştatlarında yaşayan ermənilər çatıb. Onlar Yanikyanın və ailəsinin Amerikaya köçməsinə şərait yaradıblar. O, əvvəlcə Nyu-Yorkda, sonra isə Kaliforniya ştatının Beverli-Hilz şəhərində məşkunlaşıb. Yanikyan bu şəhərdə “Yanikyanın teatrı” adlı teatr yaradıb. Amma bu teatr heç bir tamaşaçı və uğur qazanmayaraq qısa müddətdən sonra fəaliyyətini dayandırıb.
a6cc10b270d60e07120c524bef4e58db_M.jpg (73 KB)
ABŞ-da Yanikyan əsasən yazıçılıq fəaliyyəti ilə məşğul olub. Onun zəngin ermənilərin sponsorluğu ilə bir neçə kitabı işıq üzü görüb. Bununla yanaşı, o, Türkiyə əleyhinə təbliğatını daha da genişləndirib, “erməni soyqırımı” məsələsini qabardaraq ABŞ-da yaşayan erməniləri səfərbər olmağa çağırıb, qisas almağın vaxtının yetişdiyini təbliğ edib.
Özünü “dünyanın ən vətənpərvər ermənisi” adlandıran Qurgen Yanikyan öz cəlladlığını, türk qanına susadığını, terrorçu düşüncəyə malik olduğunu gizlədə bilməyib. Türklərdən qisas almaq üçün o, çox planlar cızıb. Nəhayət, namərdliyə, hiyləgərliyə əl atıb.
1973-cü ilin yanvar ayında, 77 yaşında olarkən Qurgen Yanikyan bir neçə il ərzində düşündüyü planı həyata keçirib. O, Türkəyinin Los-Ancelesdəki konsulu Mehmet Baydur ilə telefon əlaqəsi yaradıb. Özünü tarixçi-etnoqraf kimi təqdim edən Yanikyan konsula bildirib ki, onda olan Sultan Əbdülhəmidin nadir portetlərindən birini Türkiyəyə hədiyə etmək istəyir. Daha inandırıcı görünmək üçün, Yanikyan konsulun qarşısında şərt də qoyub, bildirib ki, portreti onlara hədiyyə etməklə Türkiyədən dövlət təltifi istəyir.
загружено (1).jpg (74 KB)
Sözsüz ki, türkiyəli konsul üçün bu təklif maraqlı gəlib. Telefon danışığında tərəflər razılığa gəliblər, görüş yeri kimi Santa-Barbara şəhərində yerləşən “Baltimor” oteli müəyyənləşdirilib. Bu yerin seçimi Yanikyanın təşəbbüsü və arzusu ilə olub.
27 yanvar 1973-cü ildə konsul Mehmet Baydur və vitse-konsul Bahadur Demir görüş yerinə, “Baltimor” otelinə gediblər. Qurgen Yanikyanın çoxdan gözlədiyi məqm yetişib. Erməni cəllad qonaqlarını silahla qarşılayıb. İki dəfə havaya atəş açdıqdan sonra o, türk diplomatlarına tapança ilə qətlə yetirib.
Qatil elə həmin andaca həbs olunub, cinayət işi açılıb, istintaq aparılıb. Məhkəmədə Qurgen Yanikyan ilk ifadəsində özünü bu sözlərlə müdafiə etməyə çalışıb: “Mən özümü günahkar saymıram, qaldırdığınız ittihamlar da əsassızdır. Çünki mən iki nəfər adamı deyil, iki pisliyi məhv etmişəm. Bəli, mən onları adam saymıram...”
загружено.jpg (65 KB)
Qurgen Yanikyan açıq keçiriləcək məhkəmədə “erməni soyqırımı” məsələsini prosesə çıxararaq günahsız sayılacağını, cəzadan kənar qalacağını zənn edib. Amma onun düşündükləri elə zənn olaraq da qalıb.
Məhkəmənin hökmü ilə Qurgen Yanikyan ən ağır cəzaya, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
77 yaşlı qatilin Amerikanın xüsusi rejimli həbsxanalarında günü heç də xoş keçməyib. İlk illər həbsxanada xatirələrini yazsa da, sonralar onun səhhətində ciddi problemlər yaranıb. Heç güvəndiyi zəngin Amerika erməniləri də onun köməyinə çata bilməyib.
5152685d190ad66fb727411361671718.jpg (63 KB)
11 ildən sonra, 1984-cü ildə Qurgen Yanikyan həbsxanada ölümcül vəziyyətə düşüb. O, ali instansiya məhkəmələrinə müraciət edərək səhhəti ilə bağlı həbsxanadan çıxarılmasını xahiş edib. Müvafiq qurumlar yarımcan olan Yanikyanın müraciətinə müsbət cavab verib. Beləliklə, 88 yaşlı erməni qatil 1984-cü ildə azadlığa buraxılıb. Amma o, azadlığın dadını ala bilməyib. Həbsxanadan çıxandan sonra bir ay keçməmiş ölüb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10