![](/uploads/posts/2020-08/medium/1596294270_295367.jpg)
Cenub.az Moderator.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində XX əsrin əvvəllərində(çox güman ki, artıq sovetləşmə dövründə) məhz həmin Movses kəndində sakinlərin səyyar aşığın musiqisinə qulaq asmasını təsvir edən foto yayılıb.
Ermənilər özləri öz məlumat və ifadələri ilə sübut edir ki, hazırda “Ermənistan” adlanan Qərbi Azərbaycanın digər yaşayış məntəqələri kimi, Movses də qədimlərdən bəri Azərbaycan türklərinin məskəni olub.
Ermənilər nə vaxtdan aşıq sənətini sevib “aşıq” olublar? Özlərinə məxsus belə bir sənət olsaydı, onu çoxdan “aşıq” yox, başqa cür adlandırardılar...
Həmçinin onu da qeyd etmək lazımdır ki, Tovuz rayonunun Əlibəyli kəndi ilə həmsərhəd olan Movses kəndinin hazırda inzibati cəhətdən daxil olduğu Tavuş mərzi də 1965-ci ilədək ərazidəki Tavus qalanın adından götürülməklə “Tavus” adlandırılmışdır. Bəhs edilən qalanı əraziyə eramızın 3-cü əsrində köç edən hunlar tikmişlər. Qala qədim türkcədən tərcümədə dağ üstündə qala mənasını verir "Tau ust qala" (Tukustak-Taukustka-Tauustkala)... Ərazi sovet dövrünədək indiki Tovuz rayonu da daxil olmaqla Qazax mahalına aid olub. Sonradan yanlış olaraq Tovuz quşu adının təsiri ilə indiki rayonumuz da Tovuz adlandırılmışdır.
Təəssüf ki, araşdırmamız Movses kəndinin tarixi, əsl Azərbaycan, türk adını tapa bilmədik. Yəqin ki, tarixçi, etnoqraf və s. alimlərimiz bu mövzuda bizə kömək edəcəklər.
P.S. Nə yazıqlar ki, Azərbaycan kişiləri keçmişlərdən erməni qızlarına, axçilərinə aşiq olduqlarından yağılar yavaş-yavaş aşığımızı da, qaşığımızı da, ağlımızı da oğurlayıblar...