Dünyanı cənginə alan pandemiya fonunda Səudiyyə Ərəbistanında zəvvarların Həcc ziyarəti də başlayıb.
Bu il Həcc ziyarəti hər zamankindən çox fərqli baş tutur. Belə ki, dünyanın dörd yanından milyonlarla müsəlmanın axın etdiyi müqəddəs torpaqları bu il cəmi 1000 zəvvar ziyarət edə biləcək. Səudiyyə Ərəbistanı rəhbərliyi ancaq ölkədə olan müsəlmanların çox məhdud bir hissəsinə ziyarət üçün icazə verib.
Nəticədə müqəddəs Kəbə ətrafında heç kimin görməyə öyrəşmədiyi görüntülər meydana çıxıb.
Bu gün zəvvarlar Mina çölünə səfərə başlayıblar. Sabah isə Qurban bayramının ərəfəsi – Ərəfə günü qeyd olunacaq.
Qeyd edək ki, zəvvarlar ziyarətləri boyunca maskadan istifadə edəcəklər. Kəbə və ətrafı dezinfeksiya edilib. Zəvvarlar qollarına taxılan xüsusi qolbaqla izlənilirlər. Mütəmadi olaraq onların hərarətləri ölçülür.
![](https://www.bakupost.az/uploads/images/2020-07-29-18-40-55M79jIHLmK57SwLYlFXQi_file.jpg)
![](https://www.bakupost.az/uploads/images/2020-07-29-18-40-55yz4tx0ufly6wjkapYkzS_file.jpg)
![](https://www.bakupost.az/uploads/images/2020-07-29-18-40-552DngfTd43ArSkyASveTz_file.jpg)
![](https://www.bakupost.az/uploads/images/2020-07-29-18-40-554VpzZzBATnNf81DHFl9G_file.jpg)

![](https://www.bakupost.az/uploads/images/2020-07-29-18-40-55mN6Uq7uwbt1truL9Ykiq_file.jpg)