Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İllərlə qadınlara təcavüz edib və bunu videoya çəkib


“X Factor” istedadlar teleşousunun sabiq iştirakçısı Fillip Blekuell 22 il ərzində doqquz qadına cinsi təcavüz edib və cinayət əməllərini videoya çəkib.
Britaniyalı kişi ilk təcavüzünü 1997-ci ildə edib, sonra daha bir neçə qadın onun cinayətinin qurbanı olub.
F.Blekuell qurbanlarının bəzilərinin gözlərini və əllərini bağlayıb.
Britaniyalı 2008-ci ildə “X Factor” layihəsində iştiak edib. O zaman musiqi nömrəsi ilə çıxış edən kişi final mərhələsini keçə bilməyib. Bundan sonra o, daha bir neçə qadını zorlayıb.
Qurbanların əksəriyyəti gənc və tənha qadınlar olub. Blekuell onları izləyib, avtomobildən müşahidə edib. O, kimliyini gizlətmək üçün təcavüz zamanı balaklav və ya maska taxıb, həmçinin irland ləhcəsi ilə danışıb.
Blekuell polisə müraciət edəcəkləri təqdirdə qurbanları təkrar təcavüzlə hədələyib.
56 yaşlı kişi artıq saxlanılıb və ömürlük həbsə məhkum edilib. /Oxu.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10