Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Azərpoçt"-un nəzərinə: Poçtda vətəndaşı belə aldadırlar...ŞİKAYƏT/FOTO


Cenub.az xəbər verir ki, şikayətçi Aytən Cəfərovanın şikayəti poçt xidmətindəndir. Poçt işçiləri Aytən xanıma yalan danşaarq onun vaxtının qurtaracağından istifadə edərk, onu aldadıblar. Aytən Cəfərova poçtda başına gələn olayları yazır:
"Azərpoçt'dan nümayəndələr varsa burda aydınlıq gətirməsini xahiş edirəm. Saytlarında rüsum haqlarının məbləğinin nə qədər olduğunu qeyd ediblər. Qeyd edilənlərə görə 0,015 qramlıq məktubun rüsumu 0,20 AZN olmalıdır. Azərpoçt'da 4 ədəd məktub göndərdim və zərfin üzərində 0,50 AZN yazısı qeyd edilmişdi. 4 məktub üçün 2,00 AZN ödəyəcəyimi zənn edirdim. Lakin əməkdaş mənə 3,82 AZN ödəniş edəcəksiniz deyəndə, "xanım zərfin üzərində 0,50 AZN yazılıb, niyə o qədər ödəniş etməliyəm ki?" deyə soruşdum. Əməkdaş "xanım, zərfin qiyməti 0,60 AZN-dır. Çeki verəndə görəcəksiniz" dedi. 3 saatlıq icazəmin müddəti bitəcəyindən ödənişi edib, çeki alıb çıxdım. Evə gələndə çekə baxıram ki, çekdə yekun qiymət 2,28 AZN yazılıb. Hətta əməkdaşın "0,60 AZN-dır" deməsinin təkzibi də çekdə öz əksini tapır. Artıq ödədiyim məbləği qoyuram bir kənara, əməkdaşın yalan danışması və vətəndaşı aldatmasına biganə yanaşa bilmərəm. Buna görə də burada paylaşım edirəm."

Teref.az
P.S çekdə əməkdaşın adı qeyd edildiyindən paylaşmamağı uyğun gördüm.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10