Hafiz Cəfərov 2 həmkəndlisini güllələyib
Bu gün, 2020-ci il iyulun 29-da, axşamüstü, Masallı rayonunun Təzə Alvadı Ərazi Dairəsinə daxil Əhmədli kəndində qanlı olay baş verib. Belə ki, ailə münaqişəsi zəminində kənd sakini, usta Hafis Cəfərov həmin kəndin sakinləri Valehi və oğlu Vüqarı ov tüfəngi ilə vurub. Vurulan şəxslər sabiq Təhsil şöbə müdiri Ədalət Nemətovun qaynı və qaynı oğludur. Vuran isə Ədalət müəllimin qardaşının qaynıdır.
Vurulan şəxslər ağır yaralanıb və hazırda Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin kökündə xoşagəlməz hadisənin olduğu bildirilir.
Araşdırmamız davam edir.
Zahir Əmənov (Cenub.az)