Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənilər Qarakəndə qara asfalt da çəkdi, amma 20 Noyabrın “qara qutu”su açılmadı...


Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejim Xankəndidən Xocavənd rayonunun işğal altındakı “Berdaşen” adlandırılmış Qarakənd kəndinə gedən yolun bir hissəsini asfaltlamağa başlayıb.

Cenub.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, Xankəndi-Xocavənd yolunun Kiş kəndinə yolayrıcından Qarakəndə qədər olan 9,6 km-lik yol asfaltlanır. Bir ay öncə başlanan işin tezliklə bitiriləcəyi gözlənilir.

Xatırladaq ki, 1 991-ci il noyabrın 20-də Azərbaycanın yenicə bərpa edilimiş müstəqil dövlətçiliyinin  ilk şəhidləri:  Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayev, Vəli Məmmədov, Vaqif Cəfərov kimi dövlət xadimləri və ziyalıları aparan vertolyot məhz Qarakənd üzərində terrora məruz qalıb...  Amma  vertolyotun Moskvaya yollanan “qara qutusu”nun sirri hələ də çözülməyib, həmin terroru sifariş, təşkil və icra edənlər hələ də cəzalandırılmayıb...

//moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10