Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 11 iyul tarixində Ağcabədi rayon Mədəniyyət Evindən oğurluq edilməsi barədə RPŞ-yə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elmin Qarayev saxlanılıb.
Araşdırmalarla onun 2 500 manat miqdarında müxtəlif növ məişət və elektrik əşyaları oğurladığı müəyyən edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.