Güclü külək səbəbindən Ələt –Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb.
APA-nın musavat.com saytına verdiyi məlumata görə, Ələt –Astara yolunun 140-145-ci kilometrliyində, ayrı-ayrı yerlərdə 20-dən çox irigövdəli ağac kökündən qoparaq yolun hərəkət hissəsinə düşüb.
Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə düşmüş ağaclar doğranılaraq ərazidən uzaqlaşdırılır.