Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"O kəs ki, səbirli və hövsələli olmaz, pis əxlaqlı və söyüşcül olar..."


Hövsələ bəyənilmiş bir xüsusiyətdir və əxlaqi fəzilət sayılır. Hövsələnin tərifində deyilir: Hövsələ qəzəbi yatızdırmaq və nəfsinə hakim olmaq deməkdir.

Hövsələ xüsusiyyəti gərək səbir və vüqarla bir yerdə olsun. O şəxsdə ki, hövsələ xüsusiyyəti var, ona hövsələli deyirlər. Peyğəmbər (s) buyurur: “Hövsələli insan nübuvvət və peyğəmbərliyə yaxındır”.

Hövsələ xüsusiyyəti hamı üçün gözəldir, ancaq bəzi yerlərdə bu vacibdir:

1- Alimlərdə bu xüsusiyyətin olması çox gözəldir. İmam Əli (ə) buyurur: “Hövsələ elmə zinət verər, hövsələnin kamalı səbir və qəzəbini yatızdırmaqdır”.

2- O kəsin ki, intqam almaq qüdrəti vardır. Həzrət Əli (ə) buyurur: “O kəs hövsələli sayılır ki, intiqam almaq qüdrətinə malikdir, özünə hakim ola və intiqam almaya”.



Deməli o kəs ki, səbirli və hövsələli olmasa, pis əxlaqlı, tünd və söyüş söyən bir insan olar. Əgər çalışsa ki, bu xüsusiyyəti israrla özündən uzaqlaşdırsın, xüsusilə də o zaman ki, əsəbidir, özünü kontrol edə bilsə, yavaş-yavaş səbrli və hövsələli olacaqdır. Hövsələsi olmayan insanlar zorla bu xüsusiyyəti əldə etmək istəyirlər, onlarda bu xüsusiyyət yavaş-yavaş yaranacaqdır. Onun üçün hövsələli olmaq adi hala çevriləcəkdir. Belə ki, o Həzrət buyurur: “Əgər hövsələn yoxdursa, özünü buna məcbur et, çünki o kəs ki, özünü hansısa qövmə oxşatmaq istəsə, yavaş-yavaş onlar kimi olacaqdır”.


İmam Sadiq (ə) buyurur: “Əgər hövsələn yoxdursa, elə bil hövsələn var və özünü hövsələli apar”.


Məşhədi Xanım,


“Dəyərlər”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10