1977-ci ildə Kremldə onun şərəfinə böyük ziyafət təşkil olunub, 75 yaşlı amerikalı veteran kommunisti Leonid İliç Brejnev, Siyasi Büronun üzvləri, Mərkəzi Komitənin katibləri böyük təntənə ilə qarşılayıblar. Brejnev Morris Çayldsın şərəfinə badə qaldırıb, şərəfinə uzun-uzuadı nitq söyləyib, onu əsl bolşevik, mübariz kommunist adlandırıb, SSRİ-nin ali mükafatlarından biri olan “Qırmızı Bayraq” ordeni ilə təltif edib. Ancaq sovet lideri ağlına da gətirməyib ki, qarşısında dayanan şəxs uzun illər ABŞ-ın Federal Təhqiqat Bürosunun (FBR) CG5824S kodu altında fəaliyyət göstərmiş agentidir, SSRİ-nin sirrlərini Moskvadan Vaşinqtona daşıyan peşəkar casusdur...
Morris Çaylds 1902-ci ildə Kiyevdə yəhudi ailəsində anadan olub. Atası inqilabi fəaliyyətinə görə sürgünə göndərilməyə məhkum ediləndə, o, cəzadan yayınaraq Amerikaya qaçmağa nail olub, Çikaqoda məskunlaşıb və bununla da Morrisin bütün gələcək həyatı ABŞ-la bağlı olub.
Morris Çaylds hələ tələbə olarkən, incəsənət kollecində təhsil alarkən siyasi proseslərə böyük maraq göstərib. O, 1921-ci ildə ABŞ-da təşkilatlanan Kommunist Partiyasının üzvü olub, partiyanın fəaliyyətində fəallığı ilə fərqlənib. Kiçik qardaşı Jek Çaylds da Amerikada kommunist hərəkatına qoşulub.
ABŞ Kommunist Partiyasının baş katibi Erl Brauder Morris Çayldsa böyük etimad göstərib, partiyadaxili məsələlərin müzakirələrində onun təkliflərini qəbul edib, Mərkəzi Komitə üzvlüyünə namizədlərin seçim məsələsində də o, həlledici söz sahiblərindən biri olub.
1929-1931-ci illərdə Morris Çaylds Moskvada Beynəlxalq Lenin Məktəbində təhsil alıb. Qeyd edək ki, ali təhsil statusu olan bu məktəbdə əsasən xarici ölkələrdə fəaliyyət göstərən Kommunist partiyalarının liderləri, aparıcı qüvvələri təhsil alıblar. Morris Çaylds SSRİ-də olduğu illərdə rus dilini mükəmməl öyrənib. Moskvada olarkən o, gələcəkdə uzun illər SSRİ-nin əsas siyasi fiqurlarından biri sayılan Mixail Suslovla tanış olub. Bu tanışlıq qısa müddətdən sonra sıx dostluq əlaqələrinə keçib. Təhsini başa vurub Amerikaya qayıtdıqdan sonra Morris Çaylds ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmaqla partiyanın xarici ölkələrlə əlaqələr şöbəsinə, həmçinin partiyanın mətbu orqanı olan “Deyli Uorker” qəzetinə rəhbərlik edib.
İkinci Dünya müharibəsindən sonra Morris Çayldsın siyasi karyerasında durğunluq yaranıb, partiyadaxili qruplaşmalarda o, mövqeyini qoruya bilməyib və tutduğu vəzifələrdən azad olunub.
Heç yerdən gəlir mənbəyi olmayan Morris Çaylds ağır maddi duruma düşüb, səhhətində ciddi problemlər yaranıb, infark keçirib.
Morris Çayldsın düşdüyü acınacaqlı vəziyyət ABŞ xüsusi xidmət orqanları əməkdaşlarının diqqətindən yayınmayıb. Onun SSRİ ilə əlaqələrini nəzərə alan “FBR” fəal kommunisti agentura işinə cəlb etməyi qərarlaşdırıb. Sövdələşmə uğurla baş tutub. Elə ilk danışıqlarda Morris Çaylds əməkdaşlığa razılıq verib.
“FBR” ilk növbədə Çayldsın səhhəti ilə ciddi məşğul olub, sonra bütün maddi tələbatlarını yüksək səviyyədə həll edib, daha sonra isə onun partiyadakı mövqelərini bərpa etmək sahəsində lazımi addımları atıb. Qısa müddətdən sonra Morris Çaylds ABŞ Kommunist Partiyasındakı əvvəlki nüfuzunu qaytarmağa nail olub. Partiya rəhbərliyi Çayldsa Moskva ilə əlaqələri möhkəmləndirməyi həvalə edib. Bu məqamda köhnə tanışlıq, Suslovla dostluq münasibətləri Morris Çaylds üçün böyük imkanlar açıb.
Morris Çayldsa SSRİ-yə səfər etmək üçün bütün imkanlar yaradılıb. İldə bir-iki dəfə Moskvaya getməklə Morris Çaylds 22 il ərzində ABŞ Kommunist Partiyasının fəaliyyəti üçün Kremldən 28 milyon dollar maddi dəstək alıb.
Təbii ki, iki ölkənin Kommunist partiyaları arasında körpü yaradan Morris Çayldsın əsas missiyası ABŞ xüsusi xidmət orqanlarını informasiyalarla təmin etməkdən ibarət olub və bu missiyanı həyata keçirmək üçün “FBR” xüsusi olaraq “SOLO” əməliyyatı hazırlayıb.
Morris Çayldsın peşəkarlığı o dərəcədə yüksək səviyyədə olub ki, Kreml onun Moskvadakı ikibaşlı fəaliyyətindən xəbərdar ola bilməyib, əksinə, onu SSRİ-nin ABŞ-dakı ən etibarlı dayaq nöqtəsi sayıblar. Xüsusilə də Mixail Suslov Morris Çayldsa daha çox etibar edib.
Uzunillik “SOLO” əməliyyatı Morris Çaylds və onun qardaşı tərəfindən uğurla həyata keçirilib.
Kreml dəhlizlərində sərbəst hərəkət etmək səlahiyyəti olan Çaylds “FBR”-in bütün tapşırıqlarını lazımınca yerinə yetirə bilib. Bu işdə rus dilini mükəmməl bilməsi də ona daha çox informasiya əldə etməyə kömək edib. Morris Çayldsın rus dilini bilməsi haqqında Kreml məmurlarının xəbəri olmayıb. Görüşlərdə bəzən qarşı tərəf öz dillərində kiçik müzakirələr aparanda, yaxud da telefonla danışanda Morris Çaylds söhbətin nədən getdiyini anındaca başa düşüb.
ABŞ hakimiyyəti Morris Çayldsın fəaliyyətini yüksək qiymətləndirib.
Dünyanın nəhəng siyasətçilərindən biri sayılan, ABŞ-ın 56-cı dövlət katibi Henri Kissincer Morris Çaylds haqqında olduqca yüksək və maraqlı fikir bildirib:
“Morris Çaylds öz işinin peşəkarıdır. O, həm də təşəbbüskardır, situasiyaya uyğun qərar verməyi bacarandır. Məhz onun sayəsində biz Kremlin kabinetlərində hansı hadisələrin baş verdiyini, Kreml məmurlarının nə düşündüyünü bilmişik. Bu, Morris Çayldsın Amerika qarşısında ən böyük xidmətidir...”
1987-ci ildə isə Morris Çaylds antikommunist fəaliyyətinə görə şəxsən Ronald Reyqanın təqdimatı ilə “Azadlıq” medalına təqdim olunub.
Morris Çaylds ömrünün son illərində memuarlarını yazmaqla məşğul olub. O, 1991-ci ildə 88 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com