Sığınacaqdan 1918-ci il soyqırımı zamanı istifadə edilib
Gənc tədqiqatçılar Elnur Nəciyev və Günay Nəciyeva 1918-ci il soyqırımı zamanı azərbaycanlıların istifadə etdikləri sığınacaq aşkar ediblər. Cenub.az xəbər verir ki, bu barədə tədqiqatçı özü bildirib.
Məlumatına görə, bu sığınacaq Qobustan rayonunun Sündü kəndində yerləşir. Gənclərin sığınacaq barədə hazırladıqları videoda göstərilir ki, yerli əhalinin verdiyi məlumata görə, Qəzənfər quyulu mağaraları 1918-ci il soyqırımı zamanı sığınacaq kimi istifadə olunub.
Xatırladaq ki, ermənilərin Sündü kəndində törətdikləri soyqırımı zamanı 250 nəfər öldürülüb və 198 ev yandırılıb.