Azərbaycan hakimiyyəti kadr islahatlarına start verəndə istefaya göndəriləcək məmurlar arasında daha çox “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin adı çəkilirdi. Bunun bir sıra səbəbləri var idi.
Əvvəla, hökumətə yaxın şəxslərin islahat kampaniyası ilə bağlı fikirlərindən sezilirdi ki, ilkin mərhələdə yaşı 70 üstü olan məmurlar işdən çıxarılacaq. 75 yaşlı Əhməd Əhmədzadə də bu kateqoriyaya uyğun gələn məmurlardan olduğu üçün onun da vəzifəsilə vidalaşacağı gözlənilirdi. Lakin bu mərhələdə cənab Əhmədzadə vəzifəsində qaldı.
Növbəti mərhələdə 10 ildən artıq vəzifədə olan məmurların işdən çıxarılmasına başlandı. Bu dəfə də Əhməd Əhmədzadənin adı gündəmə gəldi. Çünki o, 1993-cü ildən vəzifədədir. Bura onun müstəqillikdən əvvəlki dövrə təsadüf edən karyerası daxil deyil. Beləliklə, 27 il vəzifədə olan Əhməd Əhmədzadənin də uzun müddət vəzifədə olan digər məmurlar kimi yola salınacağına şübhə yox idi. Lakin gözləntilər özünü doğrultmadı.
Əhməd Əhmədzadənin istefaya göndəriləcəyi həm də ona görə daha çox müzakirə mövzusu idi ki, “Baron” ləqəbilə tanınan bu məmurun adı bir çox irimiqyaslı korrupsiya əməliyyatlarında hallandırılırdı. Mediada bu barədə vaxtaşırı materiallar dərc edilir, Əhməd Əhmədzadənin büdcə pullarını qaranlıq məqsədlərə xərcələdiyi iddia edilir, onun oliqarxa çevrildiyi, dəyəri milyonlarla ölçülən sərvətə malik olduğu bildirilirdi. Hələ ki, cənab Əhmədzadə bu iddaların heç birini cavablandırmayıb.
Dünən isə Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə aid videomüşavirə keçirib. Müşavirədə ölkə başçısının əsas tənqid hədəflərindən biri də “Meliorasiya və Su Təsərrüfatı” ASC olub. Prezident açıq mətnlə bildirib ki, Azərbaycanda su təsərrüfati başlı-başına buraxılıb.
“Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox”, - deyə Prezident vurğulayıb.
O xüsusilə xərclərə nəzarət etməyin vacibliyini önə çəkib: “Mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan”.
Ölkə başçısının bu məsələyə xüsusi diqqət yetirməsi, ayrıca müşavirə keçirməsi və müvafiq qurumları, əsasən də “Meliorasiya və Su Təsərrüfatı” ASC-nı tənqid atəşinə tutması artıq hakimiyyətin zirvəsində də Əhməd Əhmədzadənin fəaliyyətindən ciddi narazılığın olduğunu göstərir. Bu müşavirədən sonra ASC-də ciddi yoxlamaların aparılacağı və böyük ehtimalla Əhməd Əhmədzadənin karyerasına son qoyulacağı ehtimal olunur. Hər halda artıq Prezident səviyyəsində narazılıq var. Gözləntilərin özünü doğruldub-doğrultmayacağını isə zaman göstərəcək.