Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda “korrupsiyaçılar” ərazi nümayəndəsini aparıb. Daha kimlər “qara siyahı”dadır


2020- ci il iyulun 23-də axşam saatlarında  Masallı Rayon Qarğalıq Ərazi dairəsinin nümayəndəsi Sübhan Zalıyev Respublika Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə idarəsinin əməkdaşları tərəfindən şəhər mərkəzində qəfildən yaxalanıb.

Xatırladaq ki, Qarğalıq ərazi dairəsinin nümayəndəsi Sübhan Zalıyev 30 ilə yaxındır ki, həmin vəzifədə çalışır. Onun təyinatından sonra rayonda 10-a yaxın icra başçısı dəyişsə də, Sübhan müəllim öz yerini qoruya bilib. 

Son illər onun başı qalmaqallardan ayılmır. Bir neçə il öncə oradakı su dəryaçası ilə bağlı problemlər yaşandı. Bu il pandemiya dövründə ərzaq yardımlarının düzgün paylanmaması ilə bağlı o yenidən gündəmə gəldi.

Nəhayət, bu il iyulun 4-də onun göytəpəli jurnalist Murad bəyi    döydürdüyü barədə polisə şikayət olundu. Belə ki, həmin blogeri Qarğalıq ərazisində bir neçə kilometr ərazidə yeraltı su turbalarının oğurlanması barədə şikayət daxil olub. Murad bəy də bununla bağlı çəkiliş aparıb. Bundan qəzəblənən ərazi nümayəndəsi 2 nəfər yaxın qohumu ilə Murad bəyi döydürüb.

Bir neçə mənbədən aldığımız məlumata görə Sübhan Zalıyev həbs edilib. Onun kabinetində və evində axtarış aparılıb. Bundan əlavə onun müavinin, mühasibinin və kənd bələdiyyə sədrinin də “korrupsiyaçılar” tərəfindən aparıldığı bildirilir.

Biz hüquq mühafizə orqanlarından aldığımız bu məlumatı tam dəqiqləşdirmək üçün Masallı rayonunun icra başçısının müavininə, şöbə müdirlərinə dəfələrlə zəng etsək də (hətta DİN-inin Regional Mətbuat Xidmətinə) telefona cavab olmadı.

Belə dəqiqləşməmiş məlumat da dolaşır ki, S. Zalıyev iyulun 22-də işdən azad edilib, lakin sonra nüfuzlu şəxslərin xahişi ilə yenidən işinə qayıdıb. Yeni qayıdışdan bir neçə saat sonra isə saxlanılıb.

Olayı nəzarətdə saxlayırıq. Yeni məlumatlar əldə etdikcə, sizinlə paylaşacağıq.


Zahir Əmənov

Qeyd : Son beş ayda “Masallı DSMF” əməliyyatından sonra bu “qara masaklıların” Masallıda ikinci əməliyyatıdır. Növbə kimindir?






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10