Misirin paytaxtı Qahirədə 19-cu əsrdə ortalığa çıxarılan və DNT testləri nəticəsində III Ramzesin oğlu olduğu təsdiqlənən "qışqıran mumya"nın illərdir sirrini qoruyan ölüm səbəbi ortaya çıxıb.
Cenub.az xəbər verir ki, Misirdə arxeoloqlar və radioloqlar tərəfindən aparılan araşdırma "qışqıran mumya" olaraq bilinən misirli şahzadənin 3 min il əvvəl ürək tutması nəticəsində həyatını itirdiyini müəyyən edib.
Mumyanın Şahzadə Pentavör olduğunu bildirən mütəxəssislər ölümündən bir neçə saat sonra tapıldığı üçün cəsədə mumyalama zamanı müdaxilə edilmədiyini və ölüm annıdakı üz ifadəsinin olduğu kimi qaldığını söyləyib.
Şahzadənin damar sərtləşməsi və ürək xəstəliyindən əziyyət çəkdiyi və bunun nəticəsində ani şəkildə öldüyü bildirilib