Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Falçı Vanqanın 2021-ci il proqnozu - Dünyanı nə gözləyir?


Dünya şöhrətli bolqar görücü Vanqanın 2021-ci il ilə bağlı proqnozları üzə çıxıb.

 Proqnozlar Rusiya və dünya ilə bağlıdır.

Vanqanın proznozlarına görə, Azərbaycanın şimal qonşusu Rusiyada gələn il demoqrafik itkilər olacaq. Lakin bunun öhdəsindən qısa müddətdə gəlmək mümkün olacaq. Bununla yanaşı Rusiya bir çox ölkələrin ona qarşı çıxması ilə də qarşılaşa bilər. Amma bu onu ruhdan salmayacaq, əksinə daha da möhkəmləndirəcək.


Dünyaya gəldikdə isə Vanqa 2021-ci ildə pul əskinaslarının yoxa çıxacağını deyib. Bundan başqa gələn il tibb sahəsində də görünməmiş yüksəlişlər qeydə alınmalıdır.

Xatırladaq ki, bundan öncədə onun 11 sentyabr hadisələri, 2004-cü ildə minlərlə insanın həyatına son qoyan sunamidən "brexit"ə qədər bir çox proqnozu reallaşmışdı. O, 2020-ci ildə Avropanın iqtisadi vəziyyətinin pisləşəcəyini də demişdi. Bu il dünyanı cənginə alan koronavirus pandemiyası dünyanın bir çox ölkələrinə olduqca böyük maddi ziyan vurub. İş yerlərinin fəaliyyəti dayanıb, sərhədlər bağlanıb. Nəticədə ölkələrə külli miqdarda maddi ziyan dəyib.

Vanqa 23 il öncə 85 yaşında ölsə də, onun proqnozları hələ də çoxları üçün sirli və maraqlı olaraq qalır.
"BakuPost





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10