Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

15 yaşlı qız atası və anasını gözü qarşısında güllələyən yaraqlıları öldürdü


Əfqanıstanda gənc bir qız valideynlərini vuraraq öldürən iki Taliban döyüşçüsünü zərərsizləşdirib.
Cenub.az KONKRET.az-a istinadən xəbər verir ki, bir neçə kişi Əfqanıstanın mərkəzindəki kənddə kərpic bir evin qapısını döyüb. Gecə saat birə yaxın olub.
Qorxan 15 yaşlı Kamar Gül yataqdan tullanıb və kiçik qardaşını tutub. Növbəti otaqda oyanan valideynlər ehtiyatla qapıya yaxınlaşıbar. Orada isə Taliban döyüşçüləri dururmuş.
Yaraqlılar Kamar Gülün anasına və atasına qapını açmağı əmr ediblər, ancaq onlar qapını açmayıblar. Bir neçə dəqiqədən sonra bir qrup silahlı şəxs evə girib.
Yaraqlıların onun valideynlərini öldürdüyü zaman Gül “Kalashnikov AK-47” markalı avtomatı götürüb.
Hərbçilər yenidən evə girməyə çalışarkən, Gül onlara atəş açıb, iki Talibançı öldürülüb, digəri isə yaralanıb.
“Mən onlardan ikisini öldürə bildim” deyən Gül mediaya verdiyi müsahibədə gələn hökumətyönlü hərbçilərin qalan yaraqlıları təqib etdiyini əlavə edib.
“Taliban döyüşçülərini öldürdüyüm üçün fəxr edirəm. Valideynlərimin qatillərini məhv etdim. Talibanla son damla qanımadək mübarizə aparacağam” deyib.
O, 12 yaşlı qardaşı ilə birlikdə əyalət hökuməti tərəfindən təhlükəsiz yerə aparılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10