Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra hakimiyyətinin zoom görüşündə Zahir Əmənovun çıxışı


"Məsələn, mən niyə Masallıda olan olaylar barədə öncə paytaxt mətbuatından xəbər tutmalıyam? Ən azından həftə ərzində rayonda  oğurluq da daxil neçə cinayət olur, məhkəmədə hansı işlərə baxılıb, rayonda  şəhər və qəsəbələrin quruculuq işlərinə görə nə qədər vəsait ayrılıb (yaxud ayrılmayıb) və s.  barədə dəqiq məlumatları bilmək istəyirəm". 


Bu gün Masallıda icra hakimiyyətinin təşəbbüsü ilə  3 il bundan öncə əsası qoyulmuş ənənənin davamı kimi 20-dən artıq jurnalistlə zoom sistemi ilə görüş keçirilib. Tədbirə İHB-nin müavini Aybəniz Qafarova aparıcılıq edirdi. Görüşdə ölkə qəzet və televiziyalarının bölgə müxbirləri, eləcə də Masallıda çalışan jurnalistlər iştirak edib. 10-dən artıq iştirakçı çıxış etsə də, (onların bir çox peşəkar qələm sahibi olsa da) heyf ki, bu tədbirdə şablonlardan  çıxa bilmədi. İştirakçıların hər birinə pul mükafatı ayrıldı, bəzilərinə isə İHB-nin Fəxri Fərmanının veriləcəyi elan edildi.

Həmin tədbirdə mən də çıxış etdim. Vaxt dar olduğu üçün planlaşdırdığı mətni tam səsləndirə bilməsəm də əsas məqamları diqqətə çatdırdım. Həmin çıxışın tam mətnini sizə təqdim edirəm. Bütün iştirakçılar kimi mənim üçün də ayrılan pul mükafatın (məbləğin bilmirəm) dəyərindən asılı olmayaraq Masallıda Tovuzda yaralanmış əsgərin ailənin ehtiyaclarına sərf edəcəyəm.


Beləliklə, həmin tədbir üçün hazırladığım mətni sizə təqdim edirəm


“Öncə iştirakçıları, həmçinin  jurnalist adına hər an hörmət edənləri salamlayıram.

M. F. Axundov haqqında belə bir deyim var – onun haqqında ya hər şeyi demək lazımdır, ya heç nəyi.

Belə fürsətlər çox az-az olduğu üçün region mətbuatı ilə bağlı bəzi məqamları xatırlatmaq istəyirəm.

Bəzi müqayisələr aparım. Masallı yeganə rayondur ki,  son 30 ildə bu rayonun 3 rəhbəri jurnalist olub – lənkəranlı Hüseynağa Qəniyev, ərkivanlı Teymur Yəhyayev, bərdəli Rafil Hüseynov. 


Bu da Masallı mətbuatına təsirsiz ötüşməyib


Bu gün ölkənin kənd rayonları sırasındakı region qəzetlər və region saytları sırasında müstəqil  mətbuat  təmsilçiləri Masallıda daha çoxdur. Cənub da ilk istimai-siyasi internet qəzet də - cənub xəbər tv-də Masallıdadır. Hazırda ayda 4 dəfə çıxan tək-tük hökumət qəzetlərdən də biri Masallının payına düşür.

Çox təəssüf ki, hətta  ötəri statistika aparsaq belə, ölkə üzrə haqq-nahaq həbs edilən  jurnalist adına iddialıların da çoxu Masallıdandır.

Bu gün Masallı icra hakimiyyətinin rəsmi saytı əksər analoji saytlardan  material sayı və qismən operativliyi  ilə irəlidədir.

Lakin müasir, peşəkar jurnalistikanın tələbləri səviyyəsində çox aşağıdır.

Artıq hətta postsovet məkanının dövlətləri mediada mult-media sistemlərinin ən müasir, bir-birindən orijinal sistemlərindən istifadə edir. Bizdə İh saytlarının əksəriyyəti məlumatları sanki arayış təqdim kimi təqdim edir, həmin yazılarda keçirilən tədbirlərin ruhu duyulmur.

Bəzən ən adi məlumatları elə burada tapmırıq. Dəfələrlə demişik ki, bizdə koronavirusla bağlı  opereativ qərargahın üzvləri kimdir? Lakin deyən yoxdur. “Qaynar xətt”in nömrələri 5 gün olur, 5 gün olmur. Rayonda ölkəyə səs salan hadisə oldu - DSMF-nin bir neçə işçisi nümyişgaranə şəkildə həbs olundu. Bu barədə xəbərə eç harada rast gəlmədik


Dünya təcrübəsi var və həmin təcrübələr çox əlçatandır. Biz isə region mətbuatının dəyərini yüksəltmək əvəzinə hətta pandemiya dövründə tərgidilməyən rüsvayçı abunə oyunları oynayırıq.

Bu gün rayonda söz sahibi olanların bəzisi əsil jurnalistlərdən  çox dollar alverçiləri ilə otur-dur etməyə üstünlük verir.


Biz nə istəyirik? 


90-cu illərdə olduğu kimi İcra hakimiyyətlərində Mətbuat Xidməti olsun. Biz arzu olunan məlumatları asanlıqla əldə edək.

Məsələn, mən niyə Masallıda olan olaylar barədə öncə paytaxt mətbuatından xəbər tutmalıyam? Ən azından həftə ərzində rayonda  oğurluq da daxil neçə cinayət olur, məhkəmədə hansı işlərə baxılıb, rayonda  şəhər və qəsəbələrin quruculuq işlərinə görə nə qədər vəsait ayrılıb (yaxud ayrılmayıb) və s.  barədə dəqiq məlumatları bilmək istəyirəm. 

Niyə rayondakı 37 bələdiyyənin heç birinin feyzbuk səhifəsi elə yoxdur ki, sakinlər bilsin, onlar nə qazanır, necə xərcləyir? Elə kənd var ki, seçkidən  8 aydır bitirib, lakin hələ də ilmirlər ki,    bələdiyyə sədri kimdir, yaxud bələdiyyə sədrinin möhürü ərazi nümayəndəsindədir. Hələ çox yerdə tam oyuncaq quruma çevrilən həmkarları demirəm. Hə vaxta qədər biz yeni iş üsulları ilə yox, stajımızla öyünməliyik?

Əgər ölkəmiz  demokratik dəyərlər üzərində möhkəmlənməyə  israrlıdırsa, bizdən daha çox hakimiyyətin mətbuatla işləməyə daha maraqlı olmalıdır. 

Mənim  bir-iki şəxsi incikliklərim də var. İcra başçısı hörmətli Şahin müəllim çıxışlarının birində dedi ki, tənqid ağıllı adamlar üçündür. Biz bunun realda ifadəsin görmək istərdik.

Deməli, 2 ay öncə “cənub xəbər tv” internet qəzeti yaratdıq. Ilk yazımız da ABŞ-dakı masaallılarla bağlı oldu. İcra hakimiyyətinin təbriki bir yana, 10 dəqiqəlik verilişin 30 saniyəsin oğurlayıb, istinad etmədən öz saytlarında paylaşdılar. Daha sonra mənə bəzi öyrədilmiş şəxslərlə hədə zəngləri, nə bilim diktorun atasına icra hakimiyyəti adından zənglər oldu ki, onlardan uzaq olun.

 Verdiyimiz təklifləri tənqid kimi deyələndirib,  dolayısı ilə kiçiltməyə cəhd edirlər. Bir tamaşada deyilmişkən, “ekologiya buna deyirlər?”.

Lap son olayı götürək. Masallı rayonunun Təklə sakini, Tovuz rayonu uğrunda ağır yara almış döyüşçünün ailəsinin çox acınacaqlı durumu barədə hər biri təsdiqini tapmış yazı paylaşdım. Rəhbərlik də dərhal əməli tədbirlərə keçdi. Amma çox maraq və qəribə məqamlarla qarşılaşdıq. Hamıya bəllidir ki, ərazi nümayəndələri hər gün ərazidə baş verənlər barədə operativ məlumat verirlər. Bəs ərazi nümayəndəsi nədən bilmədi ki, yaralı əsgərin ailəsində bu qədər acınacaqlı durum var. İndi buna görə mənə “sağ ol” demək əvəzinə, az qala günahkar çıxardırlar. Guya bunda xarici ölkə mətbuatı da faydalanır. İşiniz yaxşı qurun ki, səsi çıxmasın.

 Bu gün həmkarlarıma da sözüm var. Dəqiqləşməmiş məlumatlar paylaşmayın. Kimi hansı yazın yığışdırmaq üçün kimdən nə istəyir, onun  da xəbəri eşidilir. Dünən “mən jurnalist deyiləm” deyənlər, bu gün az qalır peşəkar jurnalistlərə bu sahədə dərs deyə. Jurnalist heç kimin əlində alətə çevrilməməlidir. Mətbuatın mətbəxinə dərindən bələd olmayanlar dəvələri uzunqulağın quyğruğuna bağlamağa cəhd etməsinlər.

Ortada böyük inamsızlıq var. Öncə həmin inamsızlıq ortadan qaldırılmalıdır. İcrada bu sahəyə bir başa cavabdeh olanlar da, ən azından əməllərinə olmasa da, bizimlə bağlı ikrah doğuran başışlarına təzədən nəzər salsalar pis olmaz.


Bir daha hamınıza təşəkkür edir. Arzu edirəm ki sıralarımızda əsil jurnalist adının ucağlığında dayananlar daha çox olsun. İnteklərə daha geniş meydan verilsin.” 


Zahir Əmənov (Cenub.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10