Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Almaniyadakı həmyerlilərimizdən ermənilərə tərs şillə (VİDEO, FOTO)


Almaniyadakı izləyicimiz Təranə Qurbanova  (Xatırladaq ki, o, Tovuz rayonunun Əlibəyli kəndində doğulub, boya-başa çatıb. Artıq 6 ildir Almaniyada yaşayır və bacardığı qədər vətəninə,  millətinə dəstək olur.  Təranə xanım, oradakı qocalar evində menecer işləyir. (Altenpflege)

Təranə xanım Almaniyadan xəbər verir ki, iyul ayının 19-da  bu ölkənin Nürnberg şəhərində Azərbaycan əsgərinə, xalqımıza, vətənimizə dəstək üçün “Biz sizinləyik və hər zaman sizin yanınızdayıq” şüarı olan aksiya keçiriblər. Aksiyaya Almaniyanın başqa şəhərlərindən də həmvətənlərimiz gəlib və hər kəs vətən sevgisi ilə çıxış etdi.  Tədbir olduqca böyük coşqu ilə keçib və yerli sakinlərin hədsiz diqqətin çəkib.

Təranə xanım bizimlə söhbətində bildirdi ki, biz belə tədbirlər davamlı olaraq və daha geniş formatda keçirməyi nəzərdə tuturuq. Onun bildirdiyinə görə buradakı türk qardaşlarımız da bu işdə bizə geniş dəstək verir, sərəncamlarında olan internet  radion və televiziyalarla tədbiri hərtərəfli işıqlandırırlar.

Tədbirdən bəzi video və fotoların Sizə təqdim edirik.

Hazırladı: Elcan 








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10