Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Tovuz döyüşlərində ağır yaralanmış əsgər öz ailəsindən niyə nigarandır?


Sən demə, yaralı əsgərin evində adicə stul, televizor, 

həyətində quyu belə yox imiş

Təklə Ərazi Dairəsinin Sığıncaq kənd sakini Nurlan bir həftə öncə Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə  çox ciddi  yaralar almışdır. Belə ki, 2 ayağına,  yan baldır sümüyünə xeyli qəlpə dolmuşdur. Hazırda Gəncə hərbi hospitalında müalicə olunur. Dünən xəstəxanada onun yanında olmuş əmisi Xalid Quliyev bizə məlumat verdi ki,  qardaşım oğlunun müalicəsi Gəncədə yüksək  səviyyədə aparılsa da,   Nurlan  ailəsindən, evindən çox nigarandır.    

Əmisi bildirib ki, yaralının müalicəsi deyərdim ki, xəyal etdiyimizdən də yüksək səviyyədə aparılır. Həkimlər buradakı yaralıların başına pərvanə kimi dolanır. Daha stolun üstündə hansı meyvələr, hansı yeməklər yox idi. Hətta xəstəyə xərclik verməyimizə imkan verilmədi,. Həkimlər dedi ki, bütün ehtiyacları bizlikdir. Lakin...

Bəli, lakin Nurlan o yeməklərə, meyvələrə  toxunmaq belə istəmirdi. Bu, səbəbsiz də deyilmiş.

Səbəb isə ailənin dəhşətli dərəcədə kasıb olmasıdır. Təsəvvür edin ki, Nurlanın yaralanma xəbəri kəndə gələndə el-oba, qohum-qardaş onların evinə axışıb. 

Oturmağa stul, gələnlərin qabağına qoymağa qənd-çay belə olmayıb. Qonşu Cəlilabada gedib kreditlə 5-6 stul və 1 stol gətiriblər. Mağazadan isə  nisyə qənd-çay götürüblər.

Ailə 4 nəfərdən ibarətdir. Qız başqa evin gəlinidir. Onun da həyat yoldaşı hərbiçidir. Bir uşaqla ailəni birtəhər dolandırırlar. Nurlan isə evin tək oğludur.

Atası Ruslan kişi qapılarda günü   8-10 manata fəhləlik edirmiş, indi iş də yoxdur. Ana xəstədir, əməliyyata ehtiyacı var. Lakin pul yoxdur

Qohum-qardaş yığışıb bir neçə il əvvəl  ailəyə 3-4 daş üstündə  bir  ev tikiblər.  Əgər buna ev demək mümkünsə...

  • Quyusu yox,
  • Otağlardan çoxunun döşəməsi, tavanı yox, əksəriyyətinin pəncərəsi, qapısı yox
  • Evdə televizor, adi məişət avadanlıqları yox . Ütü lazım olanda qonşuya gedir. (Bir köhnə, nasaz soyuducuları var)
  •  Bu vaxtadək sosial yardım almayıblar, 190 manat istəklərinə də  yox deyiblər:
  • Ana ağır xəstə, təcili əməliyyat olunmalıdır.
  • Ərzaq da ki, bir gün tapanda bir gün tapmırlar.


Əmisi deyir:-İndi neyləyək?  Qohum-qardaş da kasıbdır, imkanı yoxdur ki, əl tuta. 350 manat qaz borcu, eləcə də xeyli işıq borcu var. Hələ mağazaya olan borclarını demirik.


İndi yaralı əsgər orada necə rahat olsun ki, burada xəstə anası acdır.

 Evdə mebel adına heç nə yoxdur. 


Hamınızdan xahiş edirəm, bu ailəyə yardımçı olun. 100 qramlıq çay da onlara köməkdir.


Yaralı əsgərin doluxsuna-doluxsuna “Evimizdə vəziyyət necədir?” sualına cavab verə bilmədim, hələ də nəmli baxışları içimi göynədir.

Nurlan isə sağalan kimi yenə döyüş meydanına getmək istəyir. Lakin bu günlərdə əməliyyata girəcək Nurlanın əlil olmayacağına güman azdır.


Bu əsgər sabah əlil kimi evinə qayıtsa, sınıq-salxaq taxtanın üstündə yatmalıdır.


İndi gözləyək ki, şəhid olsun, sonra onlara güzəran quraq.


Yaralı əsgər ölkəmizin bu qüdrətli vaxtında evində qarın dolusu çörək tapmayan ailəsindən nigar qalmamalıdır axı.


Xüsusi qeyd: Yaralı əsgərlə bağlı problemlər Masallı icra hakimiyyəti başçısının, Millət Vəkili Məçhur Məmmədovun və digərlərinin köməyi ilə əsasən həllini tapdığı üçün xahiş edirik  vəd edilən işlər istisna olmaq bundan sonrakı yardımları dayandırın. Eləcə jurnalist dostlarımızdan xahiş edirik həmin yazını paylaşmayın.
  Yaralı əsgərin, eləcə də redaksiyanın adından bütün dəstək onla insanlara, eləcə də rayon rəhbərliyinə, millət vəklili Məşhur Məmmədova təşəkkür edirik. 


Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10