Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zorlandığı üçün polisə şikayət edən qızın üstündən traktorla keçdi - FOTO


Qrup şəklində təcavüzə məruz qalan qız və buna görə polisə şikayət edən anası qəddarlıqla qətlə yetiriliblər. Belə ki, təcavüzkarlardan biri qisas məqsədilə onların üstündən traktorla keçib.

“Daily Mail”in məlumatına görə, dəhşətli hadisə Hindistanda baş verib.

Bildirilir ki, 17 yaşlı qız anası ilə bazardan qayıdarkən cani traktoru onların üstünə sürüb. Hər iki zərərçəkən hadisə yerində keçinib. Cinayətkar isə qaçıb.

Sonradan məlum olub ki, traktorun sükanı arxasında Yaşvir Rajput adlı yerli sakin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşının sözlərinə görə, ölən qızın qohumu dörd il əvvəl Rajputun atasını öldürüb. O da intiqam məqsədilə iki dostu ilə birlikdə 17 yaşlı qızı qaçırıb və təcavüz edib. Qızın anası olanları öyrəndikdə polisə müraciət edib. Bundan sonra Rajput cinayət məsuliyyətindən qaçmaq və atasının qisasını almağa davam etmək üçün ana-balanı bu cür qəddar üsulla öldürmək qərarına gəlib.(oxu.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10