
Bu gün, mayın 30-da onların sırasına daha biri daxil olmuşdur. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisəni Astara sakini 16 yaşlı Əli Məmmədzadə törədib. Astara dənizkənarı park bulvarda ofisiant işləyən, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə ilə aralarında mübahisə yaranıb, Ə.Məmmədzadə üzərində gəzdirdiyi bıçaqla ona bir neçə zərbə endirib. Astara Rayon Polis Şöbəsinin əməkdaşları 16 yaşlı məktəblini isti izlərlə saxlayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.