Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənilər Naxçıvana izburaxan və yandırıcı mərmi atdı - TƏXRİBAT


Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub.

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub.


Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.
Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10