![](/uploads/posts/2020-07/medium/1594561208_1594561121500.png)
Bu barədə "Forbes" jurnalı məlumat yayıb. Xəbərə görə, hazırda qadının sərvəti 62,3 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.
Qeyd edilir ki, iyulun 2-dən 9-dək olan dövrdə "Amazon”un səhmləri 10% artıb. Nəticədə şirkətin banisinin və rəhbəri Ceff Bezosun səhmləri 16,2 milyard ABŞ dolları artıb. Ceff Bezosun şirkətin səhmlərinin bir hissəsinə malik keçmiş arvadı sərvətinin məbləğinə görə ABŞ-ın ən zəngin qadınlarının reytinqində "Walmart” korporasiyasının banisinin qızı Elis Uoltonu ötüb.
Makkenzi Bezosun öz sərvətinin ölçüsünə görə geri qaldığı yeganə şəxs "L'Oreal”ın banisinin nəvəsi Fransuaze Betankur-Mayerdir. Onun kapitalı 64 milyard ABŞ dolları təşkil edir.