![](/uploads/posts/2020-07/medium/1594376807_184162.jpg)
Kim Kardaşyanı ermənilər nə qədər telediva kimi təqdim etsələr də, bu Amerika ermənisinin qədim peşənin sahibi olduğunu dünya bilir, onun seks səhnələri internetdə hələ də var. Amma, söhbət onun kimliyindən yox, onun tarixi vətəninə olan münasibətindən gedir. Cəmi bircə dəfə keçən il Ermənistana gəlib. Sadəcə, pandemiya dövründə eşitmədik ki, bizim xaricdə yaşayan imkanlı, milyarder titullu şəxslərdən kimlərsə 190 manata möhtac olanların bir qismini də onlar öhdələrinə götürüblər. Bəlkə də ürəklərindən keçib, amma ölkədəki bir-birinin ardınca bu qədər rüşvət olaylarını, həbslərini, pul, vəsait mənimsəmələrini görüb Azərbaycana pul ayırmırlar? Bu, sual, məntiqi nəticə yox, konkret olaraq Rusiyada yaşayan imkanlı bir soydaşımızın dediklərindəndir. O və onun kimi iş adamları yardım pullarının mənzil başına-sahiblərinə çatacağına əmin deyillər. Dünyanın heç bir yerində test bu qədər baha qiymətə edilmir. Bu nə qansızlıqdır?
Bu vəziyyət qaçqın düşərgəsində baş vermiş, çoxlarının bildiyi və az qala zərb-məsələ çevrilən bir hadisəni xatırlatdı. Qaçqınçılığın ilk illərində Almaniyadan gətirilmiş yardımı alman nümayəndənin iştirakı ilə qaçqınlara paylayan yerli məmuru görən qaçqın bir qadın onu söyməyə başlayır ki, yardımı niyə vaxtında vermirsən, niyə verəndə də imam qanı kimi yarılayıb verirsən. Səs-küyə camaat toplaşanda məmur deyir ki, “ay arvad, səs salma, yanımdakı nemesdi, ondan ayıbdı”. Arvad da: ”nemes o deyil ee.., nemes sənsən, o yaxşı adamdı” - deyir.
İndi bizim “nemes”lərin ucbatından kənardakı imkanlılarımız da bizə tərəf baxmırlar...
Moderator.az