Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı, Ərkivan qəsəbəsi, Hüzr məclisində 3 nəfər həbs edildi.


Dünən, iyulun 7-də  Masallı Rayonundakı Ərkivan qəsəbəsində 58 yaşlı qadının hüzr məclisində narahatçılıq yaranmışdır. Belə ki, hüzr məclisində pandemiya qaydalarına düzgün əməl edilmədiyi üçün 78nəfər polis şöbəsinə aparılıb, hüzr məclisini idarə edən molla, hüzr sahibinin 2 yaxınının hər birinə 10 sutkalıq cəza verilmişdir. Digər 5 nəfər isə cərimələnmişdir.  Həmin hüzr məclisinə ərkivanlı qadın mollalar məlum qadağa səbəbindən gəlmədiyi üçün  qonşu kəndlərdən birindən qadın molla gətirlib.

Müvafiq qaydalara görə hüzr məclislərinə bir sıra qadağalar qoyulub. Qadağa ondan ibarətdir ki, dəfndə çox az adam, həm də panedimiya qaydalarına əməl etməklə iştirak etsin. 3-7 və ehsan olmasın. Başsağlığı verənlər çox az sayda qısa müddətə hüzrə gəlib başsağlığı verirsinlər.

Masallıda hüzr olan ailələrə bir qayda olaraq rayonunun icra başçısı Şahin Məmmədov özü zəng edir. Hüzr sağlığına başsağlığı verəndən sonra tövsiyyə edir ki, hüzr məclisində pandemiya qaydalarına ciddi əməl olunsun.

Yuxarıda qeyd olunan  hüzr məclisi isə 7 gün keçirildiyi üçün belə sərt addım atılıb.

Tural Ərsoy. cenub.az








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10