Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hökumət işıq güzəştində bizə necə “atdı”?


Yəni, 4 manatı da insanlara çox gördü


Bəlli olduğu kimi pandemiyanın ilk dövrlərində, yəni aprel, may aylarında hökumət əhaliyə işıq güzəşti etdi. Qərar verdi ki, işıq limiti 300 kliovat olanda yox, 400 kilovat olanda 10 qəpikdən hesablansın. İyun ayı pandemiyanın ən kəskin dövrü sayılsa da, artıq həmin güzəşt ləğv olunub. Hökumət həmin 4 manatı da imkansızlara çox gördü. “Polad necə bərkidi?” kitabında deyilmişkən, “yolunda can qoyduğun sovet hökuməti sənə bir qaloşu da qıymadı”. Bu pandemiya günlərində evdə oturmağa, daha çox elektrik işlətməyə məhkumuq.

Halbuki Gürcüstan ilk 300 kilovatı insanlara güzəşt etmişdi. Onun Borjomi ilə, su ilə etdiyi güzəştə bax, bizim neftlə etdiyimiz hoqqaya. Zəlimxan Yaqubunun təbirincə desək, belə səxavətli, dəyanətli, qüdrətli, şöhrətli... hökumətə nə deyəsən. Hələ bəziləri arsız-arsız minnətdarlıq məktublarıda yazır.

Turan Ərsoy. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10