Ukraynada Təhlükəsizlik orqanlarının keçirdikləri əməliyyat zamanı kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.
"Alfa" döyüşçüləri adam oğurluğuna cəhd edən 4 dəstə üzvini saxlayıblar.
Odessa şəhərindəki dəstənin 10-a yaxın üzvinin olduğu bildirilir. Məlumata görə, dəstə üzvləri Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdırmaqla məşğul olublar.
Onlar süni şəkildə münaqişə yaradaraq daha sonra tərəflərdən onun həlli üçün külli miqdarda pul tələb ediblər. Əks təqdirdə isə zorakılıqla hədələyiblər.
Dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan "Lotu Quli" ləqəbli şəxs idarə edir.