Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakının bəzi ərazilərini üfunət iyi bürüdü - YENİLƏNİB


Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb.

Cenub.az xəbər verir ki, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.


Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy- qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Bunu "BakuPost"a açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.
O, qeyd edib ki, mütəxəssislər tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

Qeyd edək ki, Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10