Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Arvadı ilə qızını xilas etdi, özü boğulub öldü


Qayığın çevrilməsi nəticəsində çaya düşən arvadı ilə qızını xilas etmiş kişi çayda boğularaq həlak olub.
Cenub.az “Tatar-İnform”-a istinadən xəbər verir ki, faciə Tatarıstanın Mendeleyev rayonundakı İkskoye Ustye kəndinin yaxınlığında, Kama çayında baş verib.

Qayığın qəflətən çevrilməsi nəticəsində yeddi nəfər, o cümlədən, bir uşaq suya düşüb.
Yaxınlıqdan qayıqla keçən bir nəfər onların köməyinə gəlib. Altı nəfər xilas ola bilsə də, bir kişi həyatını itirib. O, arvadı ilə qızını yardıma gələn qayığa mindirməyə macal tapıb, özü isə boğularaq ölüb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10