Rayonun Qodman ərazi nümayəndəliyinə aid olan, Qodman , Əzizabad və Məmmədrzaküçə kəndlərində təhlükə yaşanır.
Son dövrlər əsasən yaşayış evlərində çökmələr və iri çatlar əmələ gəlib. Bəzi yaşayış evlərinin istinad divarları tam aralanıb. Son günlərdə bu ərazilərdə yenidən aktivlik müşahidə olunur. Əksər yaşayış evlərində sakinlər məcburiyyət qarşısında qalaraq, qohumlarına sığınıblar.
Kəndin bələdiyyə sədri Siruz Səfərov hadisəyə səbəb kimi, iki il ardıcıl yay aylarında havaların quraqlıq keçməsini göstərib. Bu ərazilərin torpaqları sarı gil olduğundan payız aylarında yağan yağıntıların həmin çatlara dolaraq torpaq qatında boşluq yaratdığını qeyd edib. Məsələ ilə bağlı, aidiyyatı qurumlara məlumat verildiyini və yaxın günlərdə evlərə baxış keçiriləcəyini də vurğulayıb.
Rayon icra hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı isə bildirib ki, qeyd olunan kəndlərdə yaşayış evlərindəki çatlar çökmədən deyil, fiziki köhnəlmədən əmələ gəlib: “Bu cür halların bir neçə evdə müşahidə olunması şübhə yaratdığından, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Amma burada çökmənin baş verməsi hələ ki təsdiqlənməyib. Bunun səbəbi torpaq qatlarından götürülən nümunələr tədqiq edildikdən sonra məlum olacaq”.
Onun sözlərinə görə, bələdiyyə sədri şişirdilmiş rəqəmlər verib: “Rayon icra hakimiyyətinə yalnız bir neçə evlə bağlı müraciət daxil olub”.
Qeyd edək ki, hazırda Qodman kəndində 55, Əzizabad kəndində, həmçinin Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır.
Bu barədə APA-nın cənub bürosu məlumat yayıb.