Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda yeni doğulan 4 körpədə koronavirus tapıldı - virus həkimlərdən keçib


"COVİD-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti altındadır".

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bu barədə bildirib.

Onun sözlərinə görə, körpələrdən 12-si klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. "4-nün klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub. Onu da qeyd edim ki, klinikamızda dünyaya gələn 12 körpənin heç birində COVİD-19 infeksiyasına yoluxma halı aşkar olunmayıb. Bu, bizim həkimlərimizin peşəkarlığından, onlara verilmiş təlimatlara düzgün əməl etmələrindən irəli gəlib. Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVİD-19-a yoluxmaları olub və onlar vasitəsilə doğuş zalında körpələrə keçibdir".

Mütəxəssis eyni zamanda vurğulayıb ki, qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlid, körpə doğuş zalından mümkün qədər tez xaric edilməlidir. "Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir və monitorinqi aparılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və körpəni başqa otağa aparırlar. Həmin an körpədən COVID-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur".

medicina.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10