Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda saxta pul kəsən şəxslər tutuldu


Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in saytına istinadən xəbər veririk ki, mayın 23-də Masallı rayonunun Qəriblər kənd sakini Xəlil İmamyarova məxsus mağazaya gələn bir nəfər ərzaq məhsulları alıb 100 manatlıq əskinas verərək ödəniş edib.

Müştərini yola salan satıcı kassadan pulları götürüb iri əskinasları ayıranda oradakı tək 100 manatlıq nədənsə onda şübhə yaradıb.

Vətəndaş hadisə barədə polisə xəbər verib. Pulu verən şəxsi tanımasa da, onun "VAZ-21011" markalı avtomobillə getdiyini bildirib.

Dərhal deyilən əlamətlərdə olan maşının saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Şahəddin Musayev və Ramal Əbilhəsənov şübhəli şəxs qismində saxlanılıblar.

Sonuncuya məxsus maşına baxış keçirilərkən oradan daha 5 ədəd 100 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10