Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yas mərasimi təşkil edilən şəxslər polis şöbəsinə gətirildi


İyulun 4-də Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.
Araşdırmalarla məlum olub ki, rayonun Kolayır kənd sakini Xaliqə Hüseynova iyul ayının 2-də vəfat edən 96 yaşlı anası Həmidə Zeynalovanın “ 3 mərasimi” üçün həyətində çadır quraraq ehsan vermək istəyib. Bu işdə X. Hüseynovaya həyat yoldaşı İkram Abbasov, qohumları Vüsal və Ceyhun Hüseynovlar kömək edib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
lent.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10