Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı rayonunda 730 nəfərlik zoom keçirildi


Bu vaxta qədər Masallı rayonu üzrə 147 yoluxma, 100-dən yuxarı sağalma, 6 nəfər ölüm halı qeydə alınıb



2020-ci il iyun ayının 3-də, saat 17.00-dan başlayaraq  18.30-a qədər Masallı Rayon İcra hakimiyyətinin Başçısı Şahin Məmmədovun rəhbərliyi ilə 730 nəfərlik virtul görüş – zoom keçirilib.

Bu virtual görüşə rayonun bütün ərazi   nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, imamlar, mətbuat nümayəndələri, ictimaiyyətin digər nümayəndələri qoşulmuşdu.

İcra başçısı Şahin Məmmədov pandemiyaya qarşı mübarizə çərçivəsində  Prezident Aparatı və Nazirlər Kabinetində bununla bağlı keçirilən görüşlərdən bəhs etdikdən sonra rayonumuzda bu istiqamətdə  görülən işlərdən söz açdı.

Ən çox maraq doğuran isə  rəqəmlər oldu. Bəlli oldu ki, bu vaxta qədər Masallı rayonunda 147 yoluxma olub, 100-dən artıq şəxs sağalıb, 6 ölüm faktı qeydə alınıb. Hazırda müalicə  olunan 45  təxminən yarısı  evlərdə, digərləri xəstəxanada müalicə alır.

Ərazilər üzrə rəqəmlər sadalanarkən qeyd olundu ki,  ilk beşlikdə vəziyyət aşağıdakı kimidir -


Bunlardan əlavə Həsənli, Təklə, Hişkədərə, Türkoba, Ərkivan, Yeddioymaq, Çaxırlı ərazi dairələrində də yoluxma halları qeydə alınıb.

Maraqlı müqayisələrdən biri də yaş həddi ilə bağlı idi.

İcra başçısının məlumatından bəlli oldu ki, yoluxanlardan 

İcra başçısının çıxışındam bəlli oldu ki, digər rayonlarla müqayisədə Masallıda vəziyyət nisbətən normaldır. Bu işdə zəhməti olanların hamısına minnətdarlıq bildirildi.

İcra başçısı tədbirin başlanğıcında və gedişatı boyu bəzi gileylərini də bildirdi.

Qeqd etdi ki, şəxsən özü qrup şəkilində rayon ərazisində reydə çıxıb, kollektiv şəkildə, əksəriyyəti maskasız olmaqla kütləvi şəkildə çay içənlərlə də rastlaşıb, pivə içənlərlə də.

Hüzr məslislərindən də geniş söz açıldı.  İcra başçısı bildirdi ki, hüzr sahiblərinə şəxsən zəng edib, başsağlığı verib, xahiş edir ki, bu məclislərdə pandemiya qaydalarına ciddi əməl etsinlər.

Ərazi dairələrinin bu sahədə zəhməti dəyərləndirilsə də, bəzi nöqsanlar da qeyd edildi. İcra başçısı bildirdi ki, bəzi ərazi nümayəndələri ərzaqları öz yaxın qohumlarına paylayıb. Belələri vəzifəsindən kənarlaşdırılıb, bəziləri haqqında da cinayət işi açılıb. Elə ərazi   nümayəndəsi var ki, ondan borc istəyən imkansızın kartını alaraq, ona verəcəyi 300 manat borc əvəzini daha artığını götürəcəyini bildirib.

Rayonun prokuror əvəzi nələrdən danışdı?


İcra başçısı çıxışını bitirdikdən sonra, rayona yeni təyin olunmuş prokuror əvəzi Vəli Mustafayevi təbrik etdi və ona uğurlar dilədi. V. Mustafayev isə çıxışında  pandemiya qadağalarını pozanlar haqqında cəzaları xatırlatdı.

Masallı Polis Şöbəsinin rəisi Habil Əmiraslanov öz çıxışında bu bəlanın necə dəhşətli fəsadlarının olmasını qeyd etməklə yanaşı polis işçilərinin bu işə bütün qüvvələrini sərf etdiyini vurğuladı. Həm də qeyd etdi ki, təkcə cəzalandırmaqla işlərini bitmiş saymır, çalışırlar ki, qayda pozanlara qarşı maksimum insanpərvərlik göstərsinlər, bəzən kasıblıqların, bəzən sağlamlıq durumun nəzərə alsınlar. Həmiçinin cərimələrlə bağlı xeyli rəqəm sadaladı.

DXT-nin-in rayon təşkilatının sədri də çıxışında bu sahədəki tədbirlərə hər cür dəstək verdiklərini və verəcəklərini qeyd etdi.

“Daha kimin sözü, sualı var?”

İcra başçısının “Daha kimin sözü, sualı var?” çağırışından sonra Vetreanlar və Ağsaqqalar təşkilatlarının rəhbərləri Məmmədağa Şiriyev və Ələşrəf Nifitiyev söz aldı. Əş Niftiyev əsasən hüzr məclislərində qadınların sıx iştirak etdiyini, qaydaları gözləmədiyini diqqqətə çatdırdı.


İcra başçısının müavini qadın 

mollalarla zoom görüşü keçirəcək

Onun çıxışına reaksiya verən icra başçsı bildirdi ki, sabah icra başçısının müavini Aybəniz Qafarova qadın mollalarla zoom formasında virtual görüş keçirəcək.


Zahir Əmənov icra başçısına hansı sualları verdi?

Təbirin sonuna yaxın mətbuat işçisi kimi Zahir Əmənov 2 sualla icra başçısına müraciət etdi.

Birinci yenidən  belə tədbirə dəvət oluduğu üçün təşkilatçılara təşəkkür edib, sonra bildirdi ki, niyə burada sadalanan rəqəmlər hər gün icra başçıının saytına yerləşdirilmir, yaxud digər saytlara verilmir ki,  insanlar konkret olaraq bilsinlər hansı ərazidə nə qədər yoluxma, nə qədər ölüm var?

Hörmətli Şahin müəllim sualdan bir qədər yayınaraq bildirdi, saytımızda bütün məlumatlar qoyulur. Halbuki, Masallıda pandemiyanın fəsadları ilə bağlı icra hakimiyyətinin saytında rəqəmlər olmur – hər gün təxminən eyni məlumatlar, yəni filan yerlər dezinfeksiya olunda, filan qədər mobil qrup əhali ilə görüşdü və sair yerləşdirilir. Bu məlumatlar da çox quru və cansıxıcı olur.  Müasir imkanlardan istifadə olunaraq daha canlı, Daha konkret  və ünvanlı şəkildə verilmir.

Zahir Əmənovun ikinci sualı bu oldu ki, niyə Təzə Alvadı kəndində 50 yoluxma qeydə alındığı halda orada yox, 24 yoluxma qeydə alınmış Masallı şəhərində sərt karantin tətbiq olunur? (Bu sual isə cavablandırılmadı).

Görünür, bəzi  şəxslər təkliflə tənqidi qarışdırdığından nöqsanlar səsləndirənlər haqqında ünvansız tənqidlər söylədilər. Bədxahların onların işinə gölgə saldığı barədə ümumi fikirlər səsləndirdilər.

Tədbirin sonunda icra başçısı qanunsuz tikililərdən,  hüzr məclislərinə ciddi nəzarət olunmasından, təsərrüfat işlərindən və digər məsələlərdən danışdı.


Tədbirdə ən xoş məlumat o oldu ki, 190 manatlıq yardımlar təkcə Masallı şəhərinə yox, bütün rayon ərazisindəki imkansızlara şamil ediləcək.

Ümumilikdə tədbir bu sahədə maraq doğuran ən aktual məsələrə toxundu, dəyərli göstərişlərə yadda qaldı.

Biz də bir mətbuat təmsilçisi olaraq pandemiya ilə bağlı mübarizə sahəsində istənilən faydalı təşəbbüsə dəstək verməyi, onları təbliğ etməyə hazırıq.

Cenub.az / Zahir Əmənov









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10