S-500 "Prometey" Yer ətrafındakı hipersonik silahları da məhv etməyə qadir olacaq.Cenub.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Kosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin deyib.
Onun sözlərinə görə, S-500-ün texniki göstəriciləri ona kosmosdan müdafiə sistemlərinin ilk nəsli olmaq haqqı verir:
"S-500 aerodinamik və ballistik, bütün modifikasiyalı hipersonik silahları, o cümlədən yaxın kosmosdakı hədəfləri məhv etməyə qadirdir".
Surovik bu sistemin analoqu olmadığını da vurğulayıb.
/teref.az














