
Xəzər xəbər-in məlumatına görə, mühərrikləri sönülü olsa da, avtomobil təpəyə doğru hərkət edir. Yolun təxminən 1 kilometrlik hissəsində avtomobillərin mühərriki sönülü, sürətlər qutusunun isə neytral vəziyyətdə olduğu halda maşın qəfildən şərq istiqamətinə doğru hərəkət etməyə başlayır.
Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa, sürət getdikcə artaraq 60 km/s-ya çatır. Maraqlıdır ki, eyni yerdə maşınlar əks istiqamətə yəni qərbə doğru hərəkətdə çətinliklə üzləşirlər. Hər hansı bir texnika burada lazımi sürəti çox gec yığır.
Yerli sakinlərin sözlərinə görə, mobil cihazlarda şəbəkə maksimum göstərsə də, əksər vaxtlarda ərazidə telefonla danışmaq da mümkün olmur.
Ehtimal olunur ki, yolun bu hissəsində maqnit sahəsi mövcuddur. Kənd sakinləri ərazinin belə olduğunu bildikləri üçün sükan arxasında burada daha da ehtiyatlı olmağa çalışırlar.
axar.az