Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ramiz Mehdiyevin orada oturmağa haqqı yoxdur” - Sensasion açıqlama




“Əbülfəs Qarayevin yoldaşı böyük Tofiq Kazımovun qızıdır. Azərbaycan teatr mədəniyyəti tarixinin böyük mərhələsinin övladıdır. Babası Azərbaycan klassik poeziyasının nəhənglərindən olan Səməd Mənsurdur. Bu tərəfdən Qara Qarayev, o tərəfdən Tofiq Kazımov və Səməd Mənsur. İndi bunların uşaqları cinayətkar oldu?! Bu, nə dərəcədə ədalətlidir? Bu boyda cinayət edənləri aparıb oturdublar Azərbaycan Milli Elmlər Akademiyasında, bundan danışan yoxdur. Əvəzində düşüblər Əbülfəs Qarayev və xanımının üzərinə. Bura Bakıdır, o adamlar da bakılıdır, Bakı ziyalılarıdır. Əbülfəs indiyə qədər kimə güllə atıb, kimin gözünü vurub çıxarıb ki?”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti, aktyor və rejissor Şeyx Əbdül Mahmudbəyov Azpolitika.info-ya müsahibəsində deyib. AMEA prezidenti Ramiz Mehdiyevi hədəfə alan Ə. Mahmudbəyov bildirib ki, vaxtilə Mehdiyevin Şah İsmayıl əsəri haqqında danışan zaman onu az qala düşmən elan etmişdilər. “Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olmağa ixtiyarı yoxdur.
Çünki gərək əvvəl bütün baş verən hadisələrə, məsələlərə aydınlıq gətirilsin, bilinsin ki, kim-kimdir. Ondan sonra qərar verilsin. Bəyəm AMEA cərimə batalyonudur? Mən Ramiz Mehdiyevi tanımıram, salam-kəlamım da olmayıb. Əməllərini də hamı bilir. Bunları qoyduq bir kənara.
Mədəniyyət Nazirliyi Azərbaycanda ən zəif, imkansız, döyülüb-söyülən və üzr istəyirəm, dilənçi nazirlikdir. Baxın, klublar itin günündə, mədəniyyət evləri də o gündə. Kinoteatrlar da həmçinin. Şəhərin mərkəzində 2-3 kinoteatrı özəlləşdirdilər, çoxu oldu kafe-restoran. Şəhərin küçələri hamısı kafe, restoran, bardır, hırraxanadır. Xaricilər kef edir. Bunların hamısı varsa, onda eyibimizə kor olaq. Və heç olmasa, Qara Qarayevin, Səməd Mənsurun, Tofiq Kazımovun nəvələrinə sataşmayaq. Ən azı ona görə ki, sataşanda baxaq görək bizim buna mənəvi haqqımız çatırmı?
Əgər Ramiz Mehdiyev doğrudan da vətənpərvər, milli ruhlu insandırsa, özü vəziyyəti ölçüb-biçməlidir. O mənada ki, yaşının bu vaxtında, bu qədər adına sözlər, tənqidlər deyilir. Cənab Prezident özü də qeyd edib ki, zamanında ona səhv məlumatlar veriblər...
Təsəvvür edin ki, 83 yaşlı bir adam oturub AMEA-nın başında. Hansı ki, bu gün dünyanın taleyi məhz ideoloji mübarizədən keçir. Bu mübarizənin bir tərəfində media, digər tərəfində də elm durur. Deməli, AMEA-nın başında təmiz, milli ruhlu, vətənpərvər, əl-ayağı təmiz, adına heç bir söz deyilməyən adam durmalıdır. Və bütün elm aləmini səfərbər etməlidir. AMEA-nın nəzdində iyirmiyə qədər institut var. Ramiz Mehdiyev bu yaşında gedib onlarla bir-bir tanış ola, hansı institutun missiyasının nədən ibarət olmasıyla, ştatıyla maraqlana bilməz.
Mən onda Ramiz Mehdiyevi alqışlayar, deyərdim ki, bu kişinin ünvanına deyilənlər böhtandır, Ramiz müəllim çıxıb deyərdi ki, cənab Prezident, çox sağ olun, bacardığımı etmişəm, məni yola salın, gedib nəvələrimlə oynayım, təqaüd dövrümü yaşayım, elmi fəaliyyətimi davam etdirim. Baxın, bunlar heç bir halda heç nədən əl çəkmək istəmirlər. Hansı ki, AMEA strateji qurumdur. Bu mənada bir az vətəndaş, ağsaqqal olmaq, vətən və xalq haqqında düşünmək lazımdır. Prezident humanist adamdır. Yaxşı, Prezident öz mədəniyyətini göstərdi, sən də göstər də, Ramiz müəllim! Bəyəm sən bilmirsən ki, AMEA starteji yerdir?
Bütün bunları nəzərə alaraq, belə düşünürəm ki, “hamı yaxşıdır, Əbülfəs Qarayev pisdir” yanaşması doğru deyil”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10