Ortada səs yazısı olsa belə, iş, 300 manatlıq
cərimə ilə ört-basdır edilib
Lerik rayonu ilə bağlı qəribə, ölçüyə-ülgüyə gəlməyən xəbərləri az eşitməmişik. Bu dəfə eşitdiyimiz xəbər də çox qəribədir. Lerikin İranla sərhəddə yerləşən bir hərbi hissəsində 2 hərbiçi qardaş başqa bir hərbiçinin amansızlıqla döyüb.
Bizə müraciət edən 27 yaşlı Famil Cənnətov hadisəni belə nəql edir:
Bəs dava nə üstündə olub?
-Bizim hərbi hissəyə 2 yol var. Biri çox nahamardır, qış ayalarında maşınla keçmək olmur, 11 kilometr yolu ancaq piyada getmək mümkündür.
Digər bir yol isə nisbətən rahatdır. Yuxarıda adı çəkilən qardaşlar isə bu yolla maşınla gedib-gəlməyə imkan vermir. Deyirlər, bu yolu biz çəkmişik, yol bizimdir.
Bəs yolun altındakı torpaq kimindir?
-Ərazi nümayəndəsi deyir, mən bilmirəm, bələdiyyə deyir mən də bilmirəm, həmin qardaşlar isə “torpaq bizimdir” desələr də, heç bir sənəd təqdim etmirlər.
Müvafiq qanunlara görə isə hətta həmin ərazi həmin qardaşların payı bəlli torpağı olsa belə, orada münbit qatı məhv edib, yol çəkmək olmazı. Yaxud da digər yol olmadığı üçün həmin torpağın sahibləri bu ərazidən digər vətəndaşlara yol verməyə borcludur.
17 martda baş verən hadisə
Daha sonra nələr oldu?
Həmin dalaşmadan sonra atama zəng etdim. Atam da Müdafiə Nazirliyinin qaynar xəttinə. Səhəri gün, məni Müdafiə Nazirliyinin Salyan rayonundakı müvafiq idarəsinə dəvət etdilər. Lənkəran Hərbi prokurluğundan müstəntiq işi araşdırmağa başladı. Telefon danışığının ekspertiası öz təsdiqini tapdı və müəyyən edildi ki, söyüş söyənin səsi, məni döyənlərin səsidir.
İndi siz nədən narazısınız?
Əsas gileylərim
Təsəvvür edin, çox mühüm dövlət obyektində, sərhəd bölgəsində həmin gün işdə olmayan hərbiçilər xidmətdə olan şəxsi amansızlıqla döyür, təhqir edir, komandanlıq susur. Hansı ki, bu olaydan sonra bölük komandirinə məktub gəlib ki, həmin şəxslərə silah verməyin. Bunlar isə silah anbarın onlara etibar ediblər.
Məni döyən şəxslər isə üzrxahlıq etmək əvəzinə məni şantaj etməyə cəhd edirlər – guya kənddə maşını onların uşaqlarının üstünə sürmüşəm.
Mən susmayacağam
Cəlilabad Hərbi Məkhəməsinin 30 iyun 2020-ci il qərarından Apelyasiya şikayəti verəcəyəm. Müvafiq qurumlara da şikayətimi davam etdirəcəyəm. Ölkə mətbuatının, sosial şəbəklərin imkanlarından, youtub kanalından istifadə edib canlı yayıma çıxacam və bu məsələni maksimum ictimailəışdirəcəyəm.
Haqq işimi müdafiə etməkdə mənə yardımçı olun.
Zahir Əmənov / Cenub.az