Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xətainin icra başçısı haqda ilginc iddia... - Qəssabxana biznesindədir, qoyunları da küçədə otlayır...


Rafiq Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin olunarkən vətəndaşlar ümidlənmişdi.
Vətəndaşlar uzun illər sabiq icra başçısı Razim Məmmədov zülmündən bezmişdilər. Gözləyirdilər ki, yeni başçı onun yolu ilə getməyəcək.
Ancaq hamı unudurdu ki, Rafiq Quliyev 2012-i ildən elə bu rayonda icra başçısının müavini olub.
Düzdür, hələ ki, Rafiq Quliyevin yaşıllıqları kütləvi kəsdirib, yerlərin satdırmasın eşitməmişik. Amma..
Gündelik-baku.com xəbər verir ki, Xətaidə indi də başqa problemlər var. Kiminsə əslinin rayondan-kənddən olması qınanılmır. 80-faiz əhalinin kökü rayondan.
Amma Bakını kəndə çevirmək olmaz axı.
Təqdim etdiyimiz videoda ərazi Xətai rayonudur, “Yenisey” şadlıq evinin yanı.
Mərkəzi küçənin düz yanında, səkidə qarşısına ot qoyulmuş qoyun sürüsü.
Şəhərimizə gələn əcnəbi turistlər üçün ekzotik görüntü hazırlayır başçı? Bəlkə bilmədiyimiz biznes planı var?
Deyilənə görə qoyunlar da, kəsim yerləri də ona aiddir.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10