Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda maskalı şəxslər mənzilə basqın etdi, ev sahibinə xəsarət yetirildi


Masallıda maskalı şəxslər mənzilə basqın edib.
Cenub.az-ın məlumatına görə, rayonun İsi kəndində yaşayan 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, həmin gün gecə saat 3 radələrində yaşadığı evə maskalı üç nəfərin daxil olduğunu bildirib.
Quldurlar ona hədə-qorxu gələrək, xəsarətlər yetirməklə 1 500 manat pulunu alaraq qaçıblar.
Faktla bağlı Masallı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi üzrə cinayət işinə başlanılıb.
Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
APA





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10