Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO


İyunun 29-da, bazar ertəsi günü İsrail Nazirlər Kabinetinin Səhiyyə Nazirliyində və digər nazirliklər arasında ciddi fikir ayrılıqları səbəbindən bir gün  öncə dayandırılmış koronavirusla mübarizə ilə əlaqədar iclası Maliyyə Nazirliyində işinə davam edib.

Cenub.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, iclasın getdiyi vaxtda Maliyyə Nazirliyinin binasının qarşısında mədəniyyət, eyni zamanda şadlıq sarayları və konfrans-zalların  işçilərinin nümayişi başlayıb.

28 iyun görüşü zamanı nazirlər arasında fikir ayrılığı yaranıb. Səhiyyə Nazirliyi küçə və parklarda bir yerə toplaşanların sayının on doqquz nəfərə qədər məhdudlaşdırılmasını tələb edib. Digər nazirlərin xüsusilə kəskin etirazını doğuran digər bir təklif kütləvi tədbirlərdə iştirak edənlərin sayının 50 nəfərədək məhdudlaşdırılması tələbi olub. İclasda iştirak edən bəzi nazirlərin fikrincə, belə bir addım epidemiya zamanı onsuz da çox böyük itkilər verən şadlıq saraylarının sahiblərinə ağır zərbə vuracaqdır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10