Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tərtərdə RƏZALƏT: İçməli su maşını ilə dezinfeksiya etdilər — VİDEO


Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayonlarda da koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə sanitar-dezinfeksiya işləri həyata keçirilir. Tərtər rayonunda aparılan dezinfeksiya işləri isə özü təhlükə mənbəyinə çevrilib.

Cenub.az Turkustan.info-ya istinadən xəbər verir ki, Tərtər şəhərində küçələrin, mərkəzi yerlərin, inzibati binalar ətrafında aparılan dezinfeksiya işləri zamanı sanitar qaydalar poluzub. Belə ki, sözügedən ərazilərin yuyulması zamanı içməli su maşınlarından istifadə edilib. Zəhərli dezinfeksiya məhlulları içməli su maşınlarına tökülüb və bu maşınlarla küçələr yuyulub.

Qeyd edək ki, Tərtərin bir sıra yerlərində əhaliyə içməli su bu maşınlarla verilir.

P.S. Sosial şəbəkələrdə yayılmış bu görüntülərlə bağlı Tərtər rayonunun əlaqədar qurumlarının izahı maraqlı olardı. 
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10