Xəbər verdiyimiz kimi, Masallı Rayon Mərkəzi xəstəxanası koronavisrus xəstələri və şübhəlilərinə xidmət məqsədi ilə 3 aydan artıqdır ki, digər xəstələri qəbul etmirdi. Bu gün, iyunun 29-dan isə Boradigah Qəsəbə Xəstəxanası isə iki texniki işçidən koronavirus tapılması səbəbindən bağlanıb. Aldığımız məlumata görə, bu xəstəxana ən azı növbəti həftənin 1-ci gününə qədər bağlı olacaq. Masallılı xəstələr doğuş üçün Lənkəran, digərləri isə Masallının Viləş (Keçmiş adı Kalinovka), eləcə də özəl klinikalara müraciət edə bilərlər.
Cenub.az