Cəlal İsayev: “Həmin şəxslər ətrafdakılar üçün təhlükəli olurlar”
“Koronavirus xəstəliyinin ev şəraitində müalicə aparılması ilə bağlı protokol işlənib hazırlanıb. Bu zaman xəstənin orqanizminin immun sistemini gücləndirən müxtəlif preparatlar təklif olunur. Həmin xəstələr sahə həkimlərinin müşahidəsi altında olurlar. Əgər hər hansı bir xəstədə ağırlaşma və ya fəsad ortaya çıxarsa, o, mütləq xəstəxanaya aparılır”.
Cenub.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
İsayev bildirib ki, ev şəraitində müalicə alanlar daim müşahidə altında saxlanılmalıdırlar. Burada xəstənin özü də maraqlı olmalı, səhhətindəki dəyişiklikləri müntəzəm olaraq həkiminə xəbər verməlidir: “Ola bilsin ki, heç bir dəyişiklik baş verməsin. Çünki yoluxanların 70 faizində xəstəlik heç bir əlamət büruzə vermədən keçir. Həmin şəxslər ətrafdakılar üçün təhlükəli olurlar. Belə ki, onlarda heç bir simptom olmur, gündəlik fəaliyyətlərini davam etdirirlər və xəstəliyi daha çox yayırlar”.
Baş infeksionistin sözlərinə görə, koronavirusa yoluxan insanlar sağaldıqdan sonra adətən onların ağciyərləri tam bərpa olunur: "Bəzi xəstələrdə, yəni, xəstəliyin ağır gedişi olanlarda ola bilər ki, ağciyərlərdə fibroz sahələr yaransın. Bu da müəyyən tənəffüs hərəkətlərinin çətinliyinə səbəb ola bilər. Onlarda da sonradan bədən tərbiyəsi və müəyyən terapevtik müalicə aparılır. Bir qismində ağciyərlər bərpa olunur. Lakin bəzilərində bərpa prosesi baş verməyə, daim tənəffüs hərəkətlərinin çətinliyi, tənəffüs çatışmazlığı müşahidə oluna bilər".