Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Deputat: “Yeni davranış qaydalarını bir həyat tərzinə çevirməklə, koronavirusdan xilas ola bilərik”


Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gəncədə koronavirus infeksiyasına yoluxanların müalicəsi üçün nəzərdə tutulan sayca 5-ci modul tipli xəstəxanın açılışında iştirakı və oradkı çıxışı bir daha sübut etdi ki, yürütdüyü siyasətin ana xəttini insanların sağlamlığının müdafiəsi təşkil edir.
Bunu millət vəkili Məşhur Məmmədov deyib.
Onun sözlərinə görə, dünyada koronavoris pandemiyası başladğı ilk andan Azərbaycan Prezidenti dövlətin bütün gücünü və resurslarını daha az sayda insanın bu epidemiyaya yoluxmasının, həmçinin ölkə iqtisadiyyatının az itki ilə vəziyyətdən çıxmasına cəlb etdi. “Məhz görülən təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda qarşıya qoyulan hədəflərə nail olundu. Təəssüflər olsun ki, karantin rejimi yumşaldıdıqdan sonra vəziyyət dəyişməyə başladı. Belə ki, karantin rejimi yumşaldıqdan sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulmağa başlanıldı. Baxmayaraq ki, ölkə başçısı hər çıxışında epidemiya təhlükəsinin aradan qalxmadığını və buna görə də insanları məsuliyyətli olmağa çağırış edərək, qaydalara riayət etməyə dəvət edib. Baxmayaraq ki, dövlət üzərinə düşən işi yerinə yetirməkdədir. İndiyədək epidemiyayay yoluxanları test etmək üçün 23 laboratoriya gətirilib. Bunun nəticəsində yüz minlərlə insan testdən keçib və bu proses davam etmədkdəir. Bununla paralel olaraq xəstəxanalar hazır vəziyyətə gətirilib. Bundan əlavə olaraq ölkə başçısının sərəncamı ilə 10 modul tipli xəstəxanın tikintisinə göstəriş verilib və hazırda onun 5-i tikilərək istifadəyə verilib. Digər 5 xəstəxanada yaxın gələcəkdə istifadəyə veriləcək. Bu xəstəxanalar respublikanın müxtəlif bölgələrində tikilərək xəstələrin istifadəsinə verilir. Dövlət aztəminatlı insanların və əhalinin həssas qrupunun sosial müdafiəsi istiqamətində fəaliyyətini davam etdirməkdədir. Bildiyiniz kimi karantin rejimi tətəbiq edilən şəhər və rayonlarda birdəfəlik 190 manatlıq yardımların verilməsi davam etdiriləcək. Hökumət nə mümkündürsə edir ki, insanlar qaydalara ciddi əməl etməklə üzləşdiyimiz problemdən qısa zamanda az itki ilə çıxaq”- deputat qeyd edib.
M. Məmmədov əlavə edib ki, son günlərdə epidemiyaya yoluxma sayının artması ilə əlaqədar olaraq hökumət yenidən sərtləşdirilmiş qaydaları tətbiq etmək zorunda qaldı:
“Qaydaların sərtləşdirilməsinin bir hədəfi var. Bu da insanların sağlamlığının müdafisənin dövlət tərəfindən təmin edilməsidir. Bəzi vətəndaşlaırn məsuliyyətisizliyinə baxmayaraq dövlət və hökumət vətəndaşının sağlamlığının təmin edilməsi üçün nə lazımdırsa onu edir. Ancaq unutmaq lazım deyil ki, dövlətin imkanlaırnın müəyyən həddi var. Yalnız o həddə kimi əlindən gələni edə bilər. Ölkə başçısı özü də etiraf edərək bəyan edib ki, epidemiyaya yoluxma sayı artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə də Bakıda və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilib. Bunun yeganə səbəbi insanların sağlamlığının qorunması məqsədi ilə edilib. Əsas məqsəd yoluxmanın sürətini azaltmaqdır”. Deputat hesab edir ki, üzləşdiyimiz vəziyyətdən yeganı çıxış yolu qaydalara riayət etməkdir: “Koronavirus epidemiyası hələ yoxa çıxmayıb və nə zaman da çıxacağı bəlli deyil. O baxımdan biz bu xəstəliklə yaşamağa məcburuq. Xəstəliyin davam etməsi isə özünün müəyyən qaydalarını və buna əməl etməyi diqtə edir. Artıq biz insanlar epidemiyanın xarakterinə uyğun olaraq yeni davranış qaydalarını tətbiq edib, ona əməl etməliyik. Bu yeni davranış qaydalarını bir həyat tərzinə çevirməliyik. Biz ancaq bu yolla virusa yoluxma sayını azalda bilərik. Maska taxıb, sosial məsafəni gözləyib, gigiyenik qaydalara əməl etmək artıq sağlam yaşamamızın əsas şərtlərindən biridir və ona əməl etməliyik. Bu yolla biz digər infeksion xəstəliklərdən özümüzü qorumuş olarıq. Nə qədər bunu tez dərk edib, qaydalara əməl etsək, bir o qədər də tez üzləşdiyimiz bəladan xilas ola bilərik”. Deputat onu da bildirib ki, bəzi ölkələr insan sağlamlığını deyil, iqtisadiyyatı əsas götürdülər. “Lakin buna baxmayaraq daha çətin vəziyyətlərlə üzləşdilər. Ancaq Azərbaycan insan sağlamlığını iqtisadiyyatdan daha üstün tutdu. Çünki bir daha qeyd edirəm ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin əsas prioritetini insan sağamlığı təşkil edir. Hələ bəlli deyil bu proses nə qədər davam edəcək və bizi qarşıda nələr gözləyir. Düzdür, bu müddət ərzində Azərbaycan iqtisadiyyatı da tənəzzülə uğrayıb. Amma bunun həcmi digər ölkələrlə müqayisədə çox azdır.
Bu gün Azərbaycan iqtisadiyyatı cəmi 1,7 faiz tənəzzülə uğrayıb. Bir yandan neftin qiyməti dünya bazarında kəskin azalıb, digər tərəfdən ölkə iqtisadiyyatının aparıcı sahələrindən olan turizm və istehsal sahələrinə, ümumiyyətlə özəl sektora ciddi zərbə dəyib. Bununla paralel olaraq digər bir neçə başqa sektor artıq uzun müddətdir ki, fəaliyyətsizdir. Ancaq buna rəğmən dövlət fəaliyyəti ciddi təsir görən sahələrə dəstək olub.
Həmin sahələrin problemlərinin müəyyən qisminin həllini üzərinə götürüb. Dövlət hazırda 600 mindən çox insanı lazım olan vəsaitlə təmin edir və bir yandan da 190 manatın verilməsi müddəti uzadıldı. Bütün bunlar dövlət üçün böyük böyük xərclər deməkdir. Digər bir məqam isə ondan ibarətdir ki, cənab Prezident Gəncədə çıxışında bir daha ilin sonunadək sosial sahədə işləyənlərin ixtisar edilməyəcəyini bəyan etməsidir. Bu çox mühüm hadisədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olduğunu göstərir. Bir vətəndaş olaraq bizim üzərimizə də müəyyən vətəndaş məsuliyyəti düşür.
Bu da ondan ibarətdir ki, yenidən koronavirusdan əvvəlki normal həyatı bərpa etmək üçün koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə müəyyən edilən qaydalara ciddi əməl etməkdir. Bunu özümüzün bir həyat normamız hesab edərək, qaydalara əməl edək. Gəlin cənab Prezidentin çağırışına səsə verib, dediklərinə ciddi əməl edək! Bir olub, güclü olub, bu bəlaya birlikdə qalib gələk!”. Ölkə.Az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10