Masallı rayonunun prokuroru vəzifəsinin icrası həvalə edilmiş Vəli Mustafayev bundan əvvəl Lənkəran rayonunda prokurorun müavini vəzifəsində çalışmışdır.
Cənub.az bildirir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə
Anar Cəfərov Ağstafa,
Vasif Süleymanov Ağdam,
Vahid Məmmədov Cəlilabad,
İlkin Mustafayev Laçın rayonunun
prokuroru vəzifələrinə,
İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.
Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə
Rəşad Bəşirova Qax,
Vəli Mustafayevə Masallı,
Adil Vəliyevə Saatlı,
RasimMusayevə Zaqatala,
Əli Əliyevə Astara,
Nəsif Nəcəfova isə Neftçala
rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.
Qeyd: Masallı rayonunun prokuroru vəzifəsinin icrası həvalə edilmiş Vəli Mustafayev bundan əvvəl Lənkəran rayonunda prokurorun müavini vəzifəsində çalışmışdır.
Cenub.az