![](/uploads/posts/2020-06/medium/1593014502_2020-06-24-18-34-47npzzqcs11istp60yug1s_file.jpg)
Cenub.az "BakuPost"-a istinadən xəbər verir ki, aksiya iki gündür başlayıb. Bu gün isə aksiya iştirakçıları Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanı səfirliyin binasına girməyə qoymayıblar. İştirakçılardan biri səfirliyə girən yolda avtomobillərin qarşısına uzanıb və onların hərəkətinə mane olub.
Bəzi aksiya iştirakçıları səfirlik əməkdaşlarının Ukraynanı tərk etmələrini tələb ediblər.
Aksiyanın keçirilməsinə isə mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəlinin qoyulduğu parkın ətrafında yeni çoxmərtəbəli binanın inşa edilməsi səbəb olub. Sakinlər Kiyev meriyasından park salınması adı ilə alınan ərazidə qeyri-qanuni biznes mərkəzinin tikintisini istəmirlər.
Məlumat üçün bildirək ki, 20 mərtəbəli otel və biznes mərkəzi “Курганівська 7” ünvanında inşa olunur.
Sakinlər iddia edir ki, ərazi meriyadan park üçün alınıb. Amma işbazlar bu torpağı təyinatı üzrə istifadə etmir.
Aksiyada sakinlərlə yanaşı, deputatlar və bəzi ictimai-siyasi xadimlər də iştirak edir.
![](https://www.bakupost.az/uploads/images/2020-06-24-18-36-53x6DF6HkIiKk7PyrXwz0V_file.jpg)
![](https://www.bakupost.az/uploads/images/2020-06-24-18-36-53J9wMAGrxlYsuTLlr4Npe_file.jpg)
![](https://www.bakupost.az/uploads/images/2020-06-24-18-36-53oJtFABRw2X0XinpGQqlr_file.jpeg)